8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanda prezident seçkisində Saakaşvilinin adamının labüd qələbə şansı Rusiya və Ermənistanda təlaş yaradıb - motiv; qonşu ölkədə erməni separatçılığının alovlanması artıq bircə "himə” bənddir - Azərbaycan üçün də siqnal...
Gürcüstanda prezident seçkisinin ilk turu ana müxalifətin qələbəsi ilə başa çatdı. Möcüzə baş verməsə, təxminən 9 gün sonra keçmiş xarici işlər naziri, eks-prezident Mixail Saakaşvilinin yaxın adamlarından olan Qriqol Vaşadze Gürcüstanın növbəti prezidenti seçiləcək. Onun əsas rəqibi - Fransa əsilli gürcü, türklərdən çox ermənilərə simpatiyası olan Salome Zurabaşvili isə (Cavaxetiyada erməni seçicilərinin 60%-i ona səs verib, Borçalıda isə Vaşadze qalib gəlib) əli ətəyindən uzun Parisə qayıdacaq.
Doğrudur, Gürcüstan parlamentli idarəçiliyə malik ölkədir. Yəni orada həlledici söz geniş səlahiyyətlərə malik baş nazirə məxsusdur. Ancaq birincisi, prezidentin əfv hüququ var. Bundan istifadə edən Vaşadze haqqında cinayət işləri açılmış Saakaşvilinin ölkəyə və siyasətə problemsiz dönüşünü təmin edə bilər.
İkincisi və daha mühümü odur ki, prezident seçkisində müxalifətin qələbəsi ölkədə ictimai-siyasi ab-havanı kökündən dəyişə və prezident seçkisinin ardınca tezliklə erkən parlament seçkilərini də qaçılmaz edə bilər. Nəticə etibarilə prezidentliklə birgə Gürcüstanın ali qanunverici hakimiyyəti də müxalifətin nəzarətinə keçə, hətta Mixail Saakaşvili baş nazirliyə gətirilə bilər. Bu isə rusyayonlü milyarder Bidzina İvanişvilinin arxasında durduğu indiki hakimiyyətin tam fiaskosu ilə yanaşı, Rusiya və işğalçı Ermənistan üçün ən arzuolunmaz yekun olardı.
*****
Belə nəticə təbii ki, Azərbaycanı qan edir. Ən azı ona görə ki, daim işğalçı Ermənistana dəhliz açmağa çalışan indiki Gürcüstan rəhbərliyindən fərqli olaraq, Saakaşvilyə sadiq qüvvələr Azərbaycan daha çox bağlıdırlar. Mixail Saakaşvilin özü isə Azərbaycanın dostu statusunu daşıyır. Onun son seçkilər zamanı Q. Vaşadzeni dəstəkləyən azərbaycanlı seçicilərə, bütövlükdə Azərbaycana məxsusi minnətdarlığı da boşuna deyil.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində bir qayda olaraq, ürkək mövqe sərgiləyən, vaxtaşırı İrəvanda saxta soyqırım abidəsini ziyarət edən və Xocalı soyqırımını etiraf eləməkdən yayınan İvanişvilinin kadrlarından fərqli olaraq, Saakaşvili Azərbaycanın problemlərinə münasibətdə həmişə ədalətli mövqe ortaya qoyub, ən yüksək tribunalardan hətta bizim deyə bilmədiyimiz sözləri bəyan edib. Məsələn, deyib ki, Gürcüstanın və Azərbaycanın işğala məruz qalmasında Rusiya birbaşa məsuliyyət daşıyır, Rusiya bölgədən çıxmayınca işğal problemləri öz həllini tapmayacaq və s.
Kəsəsi, artıq təzədən hakimiyyətə yolu görünən M. Saakaşvilini heç cür Rusiyanın və Ermənistanın adamlı saymaq olmaz. O səbəbdən Vaşadzenin qonşu ölkədə böyük bir dəyişikliyə vəsilə olacaq qələbəsi Moskva və İrəvanı - bölgədəki işğal ortaqlarını qane edə bilməz. Saakaşvili komandasının hakimiyyətə qayıdışı Tiflisin öz üzünü daha çox Bakıya, Ankaraya tutması, eyni zamanda gizli-açıq Rusiyayanlı siyasətçilərin hakimiyyətdən tam uzaqlaşdırılması demək olacaq.
Aydındır ki, Moskva və İrəvana proseslərin bu axarda inkişafı sərfəli deyil. Demək, Gürcüstanda seçkilərin ikinci turu ərəfəsi və ondan sonra Rusiyaya bağlı daxili qüvvələrin, "5-ci kolon”un fəallaşması, təxribatlar tam gözləniləndir. Söhbət öncəliklə Moskvaya bağlılığı şübhə doğurmayan Cavaxetiyada erməni separatçılığını qızışdırmaqdan gedir. Məlumatlara görə, Moskva Cavaxetiya "kartı”nı işə salmağa hazırlaşır. Hətta Rusiya əsas ümidini yenə məhz tarixi müttəfiqi ermənilərə bağlayıb.
Bu xüsusda 28 oktyabr prezident seçkisi ərəfəsində "Rusiyanın Cavaxetiya diasporu” adlı təxribatçı ad daşıyan bir qurumun yaydığı və yerli ermənilərə ünvanlı bəyanat diqqət çəkir. "Yeni Müsabat” "İravnuk” erməni qəzetinə istinadən xəbər verir ki, bəyanatda açıq-aşkar Gürcüstanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bəndlər, Tiflisə qarşı çoxsaylı tələblər yer alıb.
O sırada müraciətdə "artıq çoxdan bir sıra mühüm siyasi və sosial problemlərin həlli zamanının yetişdiyi” xüsusi vurğulanır, erməni seçicilər yalnız "Cavaxetiya problemlərini” prioritet sayan namizədə səs verməyə çağırılır. Bu "problemlər” arasında yerli ermənilərə "ikili vətəndaşlıq” verilməsi də var - hansı ki, ən çox Rusiya və Ermənistana sərf edir.
Şübhəsiz ki, belə bir müraciət Kremlin "dobro”su olmadan ərsəyə gələ bilməzdi. Yəni belə qənaət hasil olur ki, Moskva artıq Cavaxetiya "kartı”nı işə salıb. Onu da unutmaq olmaz ki, yerli erməni separatçılar onsuz da vaxtaşırı kilsə problemini ortaya atmaqla Tiflis üçün başağrısı yuradır, paytaxtda etiraz aksiyaları keçirir, bununla da bir növ "nəbz yoxlanışı” həyata keçirirlər.
"Rus barmağı” olan bu təxribatçı gedişlərə hələ ki gürcü rəsmilərinin lazımi reaksiyası olmayıb. Bu azmış kimi, hakim qüvvənin namizədi Zurabaşvili seçki kampaniyası zamanı Cavaxetiyada olarkən bəlkə heç özü də anlamadan erməni millətçilərinin əlini qızdıran açıqlamalar verib, paralel surətdə anti-Türkiyə bəyanatı ilə çıxış edib. Hətta erməni seçicilərə ikili vətəndaşlıq vəd edib. Bu isə separatizmin "sönmüş fitilini” təzədən yandırmaq istəyi anlamına gəlir...
"Gürcüstanda elə hadisələr baş verə bilər ki, yenidən qanlı savaşlar görə bilərik. Bu, xalqın prosesləri nə dərəcədə öz iradəsi altına ala biləcəyindən asılı olacaq”. "Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axarş.az-a deputat Zahid Oruc deyib.
Deputatın fikrincə, qarşıdakı proseslərdə Rusiyanın rolu maksimum dərəcədə Saakaşvilinin hakimiyyətə gəlişini əngəlləməkdən ibarət olacaq. "Çünki bu, təkrarən qeyri-sabit Qafqaz, yaxud Moskvanın əleyhinə olan ritorikalı bir fiqurun yenidən uğur qazanması demək olacaq. Bu isə Ermənistandan sonra daha mənfi nəticələr doğurmuş olur və iki dövlətin büsbütün Kremlin orbitindən çıxması avtomatik bu regionda qüvvələr nisbətinin tamamilə Qərbin xeyrinə dəyişməsi demək olar. Bu da öz növbəsində bölgədə ciddi hadisələrin getməsi, Rusiya yönümlü qüvvələrin təkrar prosesə müdaxiləsi, bəlkə də hərbi vasitələrə əl atılması və ya münaqişə bölgələrində toqquşmalarla meydana çıxa bilər”, - deyə o ehtimal edib.
Onun sözlərinə görə, hazırda Qərbin Trampın liderliyi altında bölünmüş durumda olması Rusiyanın əl-qolunu daha da aça bilər: "Avropa Birliyi fərqli bir siyasət aparır. Ağ Evdən tamam ayrı direktivlər verilir. Ona görə də ”Bolton gəldi və sabah hakimiyyət Saakaşvilinin iradəsinə qayıdacaq və bununla da proses bitəcək", hətta "Nikol Paşinyan da dekabrda uduş əldə edəcək” kimi reallıqlar həqiqətən regionu yenidən ağır və sarsıntılı hadisələrin tunelinə çevirir. Azərbaycan isə bunda qətiyyən maraqlı deyil".
Sözsüz ki, Qərbə əsas qapımız olan Gürcüstanda qarışıqlıq ən çox Azərbaycanın marağında deyil. Həm də o səbəbə ki, Gürcüstandan (Cavaxetiyadan) ölkəmiz üçün strateji əhəmiyyətli neft-qaz kəmərləri, köhnə və yeni dəmiryolu xətləri (Bakı-Tiflis-Qars) keçir. Ümid eləmək qalır ki, gürcü xalqı yeni prezidentinin başçılığı ilə hər cür daxili və xarici təxribatı, yeni erməni separatizmini vaxtında önləyə biləcək./musavat.com/