AŞPA-DAN AZƏRBAYCANA ÇAĞIRIŞ: “Şəriət hüququnu dəstəkləyən Qahirə Bəyannaməsindən çıxın!” (QƏTNAMƏ)

AŞPA-DAN AZƏRBAYCANA ÇAĞIRIŞ: “Şəriət hüququnu dəstəkləyən Qahirə Bəyannaməsindən çıxın!” (QƏTNAMƏ)

 

"Şəriət normaları insan hüquqları üzrə Avropa konvensiyası ilə ziddiyyət təşkil edir. Odur ki, Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlərin hüquq sistemlərində bu normaları tətbiq etmələri qeyri-mümkündür”.

Sozcu.info  bildirir ki, bu barədə AŞPA-nın dünən qəbul etdiyi qətnamədə deyilir.

"Assambleya hesab edir ki, insan hüquqları ilə bağlı 1980-ci illərdə qəbul edilmiş müxtəlif islami bəyannamələr hüquqdan daha çox dini motiv daşıdığından islam dinini üniversal insan hüquqları ilə barışdıra bilməz. Çünki belə bəyannamələr şəriət qanunlarını yeganə istinad mənbəyi olaraq dəstəkləyir. Bu, özündə 1990-cı ildə qəbul edilmiş islamda insan hüquqlarına dair Qahirə Bəyənnaməsini ehtiva edir. Bu Bəyannamə məcburi hüquqi qüvvə daşımasa da, islamda siyasət və insan haqları baxımından siyasi və simvolik əhəmiyyət daşıyır” –deyə AŞPA-nın sənədinə vurğulanır.

Bununla əlaqadar AŞPA öz üzvləri olan Albaniyaya, Turkiyəyə, Azərbaycana, həmçinin qurumun insan hüququları üzrə tərəfdaş dövlətləri olan İordaniya, Qırğızstan, Mərakeş və Fələstinə Qahirə Bəyannaməsindən çıxmağa və bu bu sənədi dəstəkləməkdən imtina etməyə çağırıb.

Bəyənnamə həmçinin Britaniya ərazisində fəaliyyət göstərən "şəriət şuralarının” fəaliyyətini ittiham edib. Deyilir ki, "şəriət şuraları” Britaniya hüquq sisteminə daxil olmasa da, amma mübahisələrin alternativ həlli formasını almağa cəhd edir. Bura daha çox nigah, vərəsəlik və ticarət sazişləri aiddir.

AŞPA insan hüquqlarına dair Avropa Konvensiyalarına riayət edilməsi ilə bağlı kursu möhkəmləndirmək üçün hökumətlərə təklif edir ki, Konvensiyaların normalarına əməl olunması, Qahirə Bəyannaməsinin bu dövlətlərin daxili hüquq normalarına nufuz etməməsi üçün fəal tədbirlər görsünlər.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.



Oxşar Xəbərlər

Xəbər lenti