“Vəziyyət elə ciddidir ki, biz Qarabağı əldən verə bilərik...” - General Samvel "prezidentliyə" hazırlaşır

“Vəziyyət elə ciddidir ki, biz Qarabağı əldən verə bilərik...” - General Samvel "prezidentliyə" hazırlaşır

 

Qondarma "dqr”in keçmiş "müdafiə naziri” Samvel Babayan 2020-ci ildə Azərbaycanın işğal altındakı ərazilərində keçiriləcək "prezident seçkilərində” iştirak etməyə hazırlaşır.Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Babayan bu haqda "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

O deyib ki, namizədliyini irəli sürmək üçün azı 10 il Qarabağda yaşamalı olduğunu nəzərə alır və artıq mart ayında Qarabağ sakinləri arasında bu məsələ ilə bağlı imza toplamağa hazırlaşır. Əgər o, lazım olan miqdarda imza toplaya bilsə seçkilərdə iştirak edə biləcək.

"Konstitusiya imkan verir ki, kimsə 5 faizdən 10 faizə qədər imza toplaya bilsə seçkilərdə iştirak edə bilər. Biz mart ayından başlayaraq bununla məşğul olacağıq”-Babayan deyib.

O bildirib ki, imza toplanması kampaniyasının təşəbbüskarı "xalqdır”."Bunlar həmin adamlardır ki, mənim qayıtmağımı istəyirlər”-o bildirib.

Babayan Qarabağ "hakimiyyətinin” onun xeyrinə imza toplanması kampaniyasına mane olacağını nəzərə alır, amma bunu problem saymır.

"Bu mənim üçün problem deyil. Onların problemidir...Qarabağın "prezidenti” Bako Saakyanla bundan əvvəlki görüşümdə dedim ki, gəlin xətt çəkək, hər şeyi-münaqişələri, problemləri unudaq. Mənə elə gəlir ki, onlar Qarabağın və Ermənistanın vəziyyətinin ciddi olduğunu başa düşməlidir. Vəziyyət o qədər ciddidir ki, bir-biri ilə münaqişə düzgün yanaşma deyil, biz dövləti itirə bilərik, əraziləri itirə bilərik. Bunu etmək lazım deyil”-Samvel Babayan deyib.

Babayan bir neçə il Rusiyada yaşayıb və 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistana geri dönüb. Serj Sərkisyanın hakimiyyətinə qarşı müxalif mövqedən çıxış etməyə başlayıb. Daha sonra o, silahlı çevriliş planlaşdırmaq ittihamı ilə tutulub. Babayan ötən il azadlığa buraxılıb.



Oxşar Xəbərlər

Xəbər lenti