8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı NATO-ya daxil edəcəyini və Krımı Rusiyadan geri alacağını vəd edib. Batkivşina partiyasının internet saytında verilən açıqlamaya görə, Timoşenko deyib: "Sadəcə işğal altındakı Krım və Donbass bölgələrini geri qaytarmaqla kifayətlənməyəcək, eyni zamanda Rusiyanı işğalçı dövlət kimi məhkəməyə verərək, ölkəmizə dəyən zərərləri ödəməsini təmin edəcəyik”.
Timoşenko həmçinin, Budapeşt Memorandumunun qəbul edilməsi ilə Ukraynanın NATO üzvü olmamasının xəta olduğunu bildirərək, NATO üzvü olmasının "Ukraynanın təhlükəsizliyinin yeganə təminatı” olduğunu irəli sürüb.
Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də Rusiya, Ukrayna, ABŞ və İngiltərə liderləri tərəfindən imzalanıb. Sənəd Ukraynanın nüvə silahına malik olmayan ölkə mövqeyini gücləndirmək məqsədi güdürdü. Rusiya parlamenti bu sənədi qəbul eləməmişdi.