Daşqın Gülməmmədov: "Ukrayna üçün artıq Rusiya rəsmi düşməndır"


 

 Ukrayna Parlamenti Ukrayna-Rusiya arasında 1997-ci ildə imzalanmış "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” dövlətlərarası müqaviləni ləğv edib. Bu gecikmiş addım olsa da, vacib siyasi-hüquqi bir aktdır. Bu barədə mətbuata açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov deyib.

 

 

O, Bildirib ki, Rusiyanın Azov dənizi hövzəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərə silahlı hucum təşkil etməsi, Ukrayna hakimiyyətini, Rusiya tərəfindən mövcud olan hərbi aqressiya təhlükəsinin illüziya və uydurma olmadığını anlamasıdır. 2014-cü ildən etibarən Ukraynaya qarşı hərbi aqresiya və hibrid müharibə aparan, Krım Muxtar Respublikasını və Sevastopol vilayətini işğal edən, Donetsk və Luqansk vilayətlərində separtçı ünsürləri silahlandıran, Ukrayna ərazisində kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirən Rusiya Federasiyasının rəsmi düşman elan edilməsi, artıq bir çox istiqamətlərdə strategiyanın müəyyən edilməsini dəqiqləşdirəcək.

Ukrayna xalqı, Ukrayna vətəndaşları öz dövlətini, torpağını müdafiə etməyə hazırdır. Prezident P. Poroşenko Rusiya ilə 1997-ci il "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq” müqaviləsini 2014-cü ildə ləğv etməliydi. Amma nədənsə gecikdi. Buna baxmayaraq bu müqavilənin ləğv edilməsi beynəlxalq arenada Rusiyanın de-yure hərbi aqressor kimi tanınmasına gətirib çıxaracaq. 2008-ci ildə Rusiya Gürcüstana qarşı hərbi aqresiya həyata keçirib, Abxaziya və Cənubi Osetiyanı işğal etdikdən sonra, Gürcüstan Parlamenti Rusiya ilə bütün diplomatik münasibətləri kəsdi və "işğal edilmiş ərazilər haqqında” orqanik qanun qəbul etdi. İndi Ukraynanın bu addımı atması postsovet məkanında Rusiyanın bir hərbi aqressor olmasını hüquqi cəhətdən təsbit edən bir addımdır.

 

Daşqın Gülməmmədov, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna qarşı yenidən müharibəyə başlaması gözləniləndir. Rəsmi Moskva Ukraynanın yenidən öz siyasi orbitinə qaytarılması və yaxud bəzi ərazilərində separatçı rejimlər formalaşdırması planlarında əl çəkməyib.

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti