8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Bu ilin əvvəlindən indiyədək 69 nəfər dərmandan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib”.
Sozcu.info xəbər verir ki, bunu apa-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənmə halı qeydə alınanlardan 12 nəfəri uşaq olub: "Dərmandan zəhərlənmə ilə bağlı ölüm halı qeydə alınmayıb. Zəhərlənmələr arasında sakitləşdirici, depressiyaya qarşı və yuxu dərmanları üstünlük təşkil edib”.
A.Maqsudov qeyd edib ki, ötən il 121 nəfərdə dərmandan zəhərlənmə halı qeydə alınıb. Onun sözlərinə görə, bu il ərzində 41 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib: "Həmin şəxslər qəbul etdikləri dərmanlara həssas olduqlarından allergik təsir göstərib, müayinə olunaraq evə göndəriliblər”.