Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR - ARTIQ HƏR KƏS...

Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR - ARTIQ HƏR KƏS...

 

"Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib. Bunlardan biri qanun qəbul etməklə bunun qarşısının sərt formada alınması, digəri isə təbliğat yoludur. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir".

Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, təbliğ etmək yolu ilə bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur: "Yəni, vəfat edənin kimliyindən asılı olmayaraq, yəni onun zənginliyinə, kasıblığına fərq qoyulmadan yas mərasimləri keçirilməlidir. Bu məsələdə tanınmış ictimai-siyasi xadimlər, dövlət xadimləri, bir də milli qəhrəmanlar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar istisnadır. Digər insanlar hamısı bərabərdir”.

S.Novruzov qeyd edib ki, Nazirlər Kabineti artıq nümunəvi qəbiristanlıqlarla bağlı qərar verib: "Artıq bununla bağlı yerlər ayrılmaq üzrədir. Hər biri bərabər olacaq. Yenə də qeyd etmək istəyirəm ki, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında dəfn edilən şəxslər istisnadır. Bir daha qeyd edirəm ki, qalan insanlarının hamısının dəfn və yas mərasimləri eyniyyət təşkil etməlidir”.

Komitə sədri yas mərasimlərinin keçirilməsi ilə bağlı qeyd edib ki, artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb: "Bakı şəhərində də bu istiqamətdə işlər gedir. Bəzi yerlərdə artıq həll olunub. Bəzi yerlərdə isə hələ də israfçılığa yol verilir. Biz istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlar bu məsələdə əziyyət çəkməsinlər”.



Oxşar Xəbərlər

Xəbər lenti