8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şamaxı rayon Məhkəməsində Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
APA-nın məlumatına görə, keçirilən prosesdə Orxan Hacıyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmədə O. Hacıyev törədiyi əməli etiraf edib.
Xatırladaq ki, hadisə fevralın 1-də gecə saatlarında şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bışaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. O. Hacıyev şübhəli şəxs qismində saxlanlıb.
Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.