Avtobuslarda və metroda ayaq üstə qalmaq qadağan ediləcək Gürcüstanda

Gürcüstanın böyük şəhərlərində koronavirusun yayılmasının qarşısını almaq üçün gecə hərəkətə məhdudiyyətlər tətbiq edilir.
Sozcu.info“Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bazar ertəsindən etibarən Tbilisi, Kutaisi, Zuqdidi, Batumi, Rustavi, Qori və Poti şəhərlərində hərəkət axşam saat 22:00-dan səhər saat 5:00-a qədər məhdudlaşdırılacaq.
Bu qadağa həm piyadalar, həm də şəxsi avtomobillər daxil olmaqla, nəqliyyat vasitələri üçün tətbiq olunacaq.
Məhdudiyyətlər beynəlxalq nəqliyyat, strateji əhəmiyyətli qurumlar, tibb müəssisələri, əczaçılıq müəssisələri və medianın fəaliyyətini təmin edən şəxslər və nəqliyyat vasitələrinə şamil edilməyəcək.
Müəyyən edilmiş qadağalar pozulduqda, iki min lari (min manatdan çox - red.) məbləğində cərimə nəzərdə tutulur.
Əlavə olaraq avtobuslarda və metroda ayaq üstə qalmaq da qadağan ediləcək. Buna sürücülər və polislər nəzarət etməlidir.


Oxşar Xəbərlər

Xəbər lenti