8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanda mayın 1-də ictimai yerlərdə tütündən istifadəyə qadağa qüvvəyə minəcək.
Sozcu.info xəbər verir ki, xüsusi təyinatlı istənilən bina, bar və restoranlar, ictimai nəqliyyat, təhsil müəssisələri və yeniyetmələrin olduğu yerlər, tibbi və əczaçılıq müəssisələrinə yaxın ərazilər, yanacaqdoldurma məntəqələri və stadionlarda siqaret çəkmək qadağan olunacaq.
Tütündən istifadəyə qadağanın tətbiq olunmayacağı yerlərə isə taksi və kater, fiziki şəxslərin evləri, kazino, müvəqqəti saxlama yerləri və penitensiar müəssisələr, xüsusi laboratoriyalar, siqar barlar, xüsusi icazə əsasında stasionar klinika, hava limanlarında tranzit zonalar və siqaret çəkənlər üçün ayrılmış xüsusi yerlər daxildir.
"Tütünə nəzarət haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, qapalı yerlərdə siqaret çəkməyə görə cərimə tütün istifadəçisi üçün 100 lari (40 dollar), restoran və kafe sahibləri üçün isə 500 lari (200 dollar) təşkil edəcək.
Cərimə ikinci dəfə tətbiq olunarsa, onun məbləği 2 dəfə artacaq. Cərimələr elektron siqaret istifadəçilərinə də şamil olunacaq.
İctimai, hava və dəniz nəqliyyatının əməkdaşları və sahibləri də qanunun qaydalarını pozacağı təqdirdə 500 lari məbləğində cərimə olunacaqlar.
Qeyd edək ki, Gürcüstanda ictimai yerlərdə tütündən istifadəyə qadağa olsa da, cərimələr məbləği az olmaqla yanaşı, demək olar ki, tətbiq olunmur. "Tütünə nəzarət haqqında" qanuna dəyişikliklər ötən ilin mayında qəbul olunub. Gürcüstanda hər üç şəxsdən biri siqaret çəkir və ölkədə hər il təxminən 11 min nəfər tütündən yaranan problemlərdən dünyasını dəyişir./apa/