Peyvənd olunduqdan bir neçə saat sonra öldü

ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.

Bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi bildirib.

Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.

Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.

Onun “Moderna” və ya “Pfizer/BioNTech” preparatından peyvənd edildiyi məlum deyil.


Oxşar Xəbərlər

Xəbər lenti