Vətən müharibəsində əlil olan şəxslər avtomobillə təmin olunacaq

Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobilllə təmin olunacaqlar.
Sozcu.info  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.
B.Hüseynov əlavə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib.


Oxşar Xəbərlər

Xəbər lenti