8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir neçə gündür ki, Bakı Şəhər İcra Hakimiyəti tərəfindən paytaxtın bir sıra ərazilərində qanunsuz hasarlamalarla bağlı tədbirlər görülür. Artıq Həzi Aslanov metrosunun ətrafı başda olmaqla, Xətai və Nizami rayonlarında bir çox hasarlanmış ərazilərdə söküntü işləri aparılıb, torpaq sahələri hasarlardan təmizlənib. Mətbuatın yazdığına görə, bu işin əsas təşəbbüskarı paytaxtın icra hakimiyyəti başçısının müavini vəzifəsini daşıyan Eldar Əzizovdur.
Ancaq Bakıda bu şəkildə hasarlanmış ərazilər o qədər çoxdur ki, onları bir neçə gün ərzində təmizləmək sözsüz ki, mümkün deyil. Və əhalinin gediş-gəliş yolunun üzərində, yaşıllıq zonalarında aparılmış qanunsuz hasarlama işləri baxımından Suraxanı rayonu da digərlərindən heç də geri qalmır.
Məsələn, rayonun Qaraçuxur qəsəbəsi ərazisində, Yeni Günəşli istiqamətinə ayrılan yol kəsişməsində, daha çox "Aura” şadlıq evinin qarşısı kimi tanınan yerdə böyük bir ərazi artıq bir neçə ildir ki, hasarlanıb. Burada insanların gediş-gəliş yolu bağlanmaqla yanaşı, çoxlu sayda ağac və ümumilikdə yaşıllıq ərazi baxımsız hala gətirilib. Hasarın üzərinə heç nə yazılmayıb, hansı quruma aid olduğu, hansı işlərin aparılacağı ilə bağlı heç bir lövhə yoxdur.
Qəsəbədə bu ərazinin rayon icra hakimiyyəti rəhbərliyinə yaxın şəxs tərəfindən "alındığına” dair söhbətlər gəzir. Xatırladaq ki, rayonun hazırki icra başçısı İlqar Abbasov daha çox Hacıbala Abutalıbova yaxın şəxs kimi tanınır.
Təqribən bir neçə hektar sahəsi olan bu ərazi obyekt tikintisi üçün ideal sayıla bilər. Lakin həmin sahədə böyük yaşıllıq ərazi və çoxlu sayda ağac var. Hər hansı tikintinin aparılması üçün onların məhv edilməsi gərəkdir. Və həmin yaşıllığın məhv olunmayacağına da heç kim təminat verməyib.
Odur ki, qanunsuz olaraq zəbt edilmiş ərazilərdəki hasarların söküntüsü prosesi tezliklə Suraxanıya çatmasa, bir gün söhbət açdığımız sahədə də yaşıllığın məhv edilməsinin və yeni obyektlərin inşasının şahidi ola bilərik./azpolitika.info/