Fərhad Əliyevin yeni qələbəsi

 


 

Sabiq nazir itirilmiş mövqelərini addım-addım geri alır

 

Azərbaycanın siyasi səhnəsində aşkar olmasa da müəyyən müşahidələr nəticəsində baş verən prosesin cizgiləri görməkdədir. Bu proses isə ondan ibarətdir ki, son zamanlara kimi toxunulmaz olan məmurlar indi bir-birinin ardınca siyasi səhnəni tərk etmək məcburiyyətində qalırlar. Onların yerinə yeniləri və ya bir zamanlar "vurulmuşlar” yəni əvvəllər siyasi səhnədən səsli-küylü şəkildə atılmışlar, gəlirlər. Onlardan biri də  sabiq itqisadi inkişaf naziri Fərhad Əliyevdir. 

Fərhad Əliyev 1997-ci ildə ticarət nazirinin müavini, az sonra isə nazir təyin olunub. Nazir kimi Fərhad Əliyev özəl sektorun inkişafına, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, xarici ticarətin bütünlüklə liberallaşdırılmasına səy göstərib.

O, 1999-2001-ci illərdə Dövlət əmlak naziri, 2001-ci ildən isə iqtisadi inkişaf naziri olarkən də, özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması istiqamətində həlledici addım atıb və bununla da özünə çox ciddi əlehidarlar, hətta düşmənlər qazanıb. İdxal-ixrac əməliyyatlarını inhisarda saxlamaqla külli miqdarda sərvət qazananlar bunu Fərhad Əliyevə bağışlamayıblar. Onlar Fərhad Əliyevi dövlət başçısının nəzərində mənfi obrazının yaradılmasına bir neçə dəfə cəhd etsələr də, buna nail ola bilməmişdilər. Bundan sonra Fərhad Əliyevin Qərbin bir sıra nüfuzlu mərkəzləri ilə yaxın əlaqələri tədricən onun əleyhinə istifadə olunmağa başladı. 2000-ci ilin əvvələrində mediada güclü nüfuzu və təsiri olan oliqarxlar Fərhad Əliyevi Qərbin köməyi ilə hakimiyyətə gəlmək niyyətinə düşməkdə ittiham etməyə başladılar və onu 2005-ci ilin parlament seçkiləri ərəfəsində isə  öz xidməti kabinetində həbs etdilər. İki il sonra isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Bir çoxları Fərhad Əliyevin cəzasını sona kimi həbsxanada keçirəcəyini gözləsə də, 14 oktyabr 2013-cü ildə prezident İlham Əliyev onu cəzanın çəkilməmiş hissəsindən azad etdi. Həbsdən çıxan Fərhad Əliyevin ölkəni tərk etməsinə də icazə verildiyi məlum oldu. Bu isə hakimiyyətin Fərhad Əliyevə etibar etdiyinin göstəricisi idi. Bir müddət Avropada səhhətinin bərpası ilə məşğul olan Fərhad Əliyev nəhayət ölkəyə qayıtdı, ona sahibkarlıqla məşğul olmaq izni də verildi.

Bundan sonra Fərhad Əliyevin hansısa yeni zavod inşa etdirməsi haqda məlumat yayıldı. İndi isə sabiq iqtisadi inkişaf naziri Sumqayıt Kimya Sənaye Parkının  prezidenti olan "Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağları istehsal edəcək zavodu hazır hala gətirib və həmin müəssisənin direktorudur. Bu müəssisənin sabiq direktoru  olduğu zaman onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasov idi. Sabiq nazir bununla köhnə dostlarını unutmadığını da nümayiş etdirib. Məlumatlara görə, nazir daha bir neçə zavod tikdirmək niyyətindədir. Bütün bunlar isə sabiq nazirin heç bir probleminin qalmadığını göstərir. Eyni zamanda sabiq nazirin yenidən ictimai-siyasi proseslərə cəlb olunma ehtimalını artırır. Onun dövlət vəzifəsinə irəli çəkilməsi bir az şübhəli olsa da, qeyri-hökumət strukturlarının birinin başına gətirilə biləcəyi istisna edilə bilməz.

Xüsusilə də, Fərhad Əliyevin qatı düşməni kimi təqdim edilən oliqarxlar artıq siyasi səhnəni tərk etmək ərəfəsində olduqları bir zamanda sabiq nazirin günəşi yenidən doğa bilər.

A.NƏBİYEV

<!-   




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}