Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Milli Təhlükəsizlik Naziri kim olacaq?
Mədət Quliyev önə çıxır
On beş gündən artıqdır ki, dövlətin ən önəmli strukturlarından biri, Milli Təhlükəsizlik Nazirliyi rəhbərsizdir. Oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli tıhlükəsizlik naziri vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzaladıqdan sonra cəmiyyətdə belə gözlənti vardı ki, dövlət başçısı ən qısa zamanda Milli Təhlükəsizlik Nazirliyinə yeni rəhbər təyin edəcək. Ancaq bu sətirlər yazıldığı vaxt, yəni noyabrın 3- ü günün birinci yarısında yeni nazirin təyinatı ilə bağlı hər hansısa bir məlumat yox idi.
Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyinə kimin başçılıq edəcəyi ilə bağlı bir çox adlar çəkilməyə başladı. Bu adlar arasında ölkənin bir çox önəmli generallarının adları çəkilirdi. Bu adlar arasında Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadənin, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, Bakı polisinin keçmiş rəisi, general Məhərrəm Әliyevin, Daxili İşlər Nazirinin müavini, polis general - leytenantı Vilayət Eyvazovun və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, Milli Təhlükəsizlik Nazirinin sabiq birinci müavini, general-mayor Əli Nağıyevin adları çəkilirdi. Hətta Eldar Mahmudovun varisi kimi sabiq baş prokuror Eldar Həsnovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun da adları çəkilirdi. Ancaq bu məlumatların əksəriyyəti faktiki olaraq jurnalist təxəyyülünün əsassız məhsulundan başqa bir şey deyildi. Çünki, bu şəxslərin bir çoxunun müəyyən səbəblərdən nazir olması faktiki olaraq mümkün deyil. Məsələn, Xüsusi Dövlət Mühafizə Xidmətinin 65 yaşlı rəisi Vaqif Axundov bir neçə ildir ki, təqaüdə getmək niyyətindir. Onun Milli Təhlükəsizlik Nazirliyi kimi bir quruma rəhbərliyi indi üzərinə götürmək həvəsində olması qeyri-real iddiadır. Başqa bir 65 yaşlı generalın, Məhərrəm Əliyevin də Milli Təhlükəsizlik Naziri təyin oluna biləcəyi real deyil. Ölkə mətbuatında bir neçə ildir belə bir məlumat səslənir ki, Məhərrəm Əliyevlə daxili işlər naziri Ramil Usubov arasında münasibətlər arzu edilən səviyyədə deyil. Hətta onların arasında çox kəskin münasibət olduğunu iddia edənlər də var. Bəlkə də keçmiş zamanlarda bu vəziyyət Məhərrəm Əliyevin nazir təyin olunması üçün üstünlük gətirəcək məqam da ola bilərdi. Ancaq indiki zamanda milli Təhlükəsizlik Naziri ilə Daxili İşlər Naziri arasında rəqabət arzu edilən deyil. Sabiq baş prokurora ünvanlamış Sizin milli təhlükəsizlik naziri postuna təyin olunacağınız barədə də məlumatlar yayılıb- sualına isə Eldar Həsənov belə cavablandırib. “Tam yanlış, boş, heç bir əsası olmayan məlumatlardır. Nəinki həqiqət olmayan, hətta həqiqətə yaxın gəlməyən məlumatlardır, şayiələrdir. Mən heç bir yerə nazir gedəsi deyiləm, belə bir məsələ də yoxdur. Tutduğum vəzifəmdən, taleyimdən də çox razıyam, işimdən də çox məmnunam.” Adı hallanan şəxslərin içərisində MTN sıralarında yetişmiş, peşəkar general rütbəsinə qalxmış yeganə şəxs Əli Nağıyevdir. Bu məqam müəyyən məqamlara görə üstünlük sayılsa da, hazırkı vəziyyətdə Əli Nağıyevin zərərinə işləyir. Çünki, indi MTN-də ciddi kadr dəyişikliklərinə ehtiyac var. Bunu da kənardan gətirilən, qurumla heç bir bağlantısı olmamış şəxs edə bilər. Görünür, Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi Mədət Qəzənfər oğlu Quliyevin Milli Təhlükəsizlik Nazirinin birinci müavini təyin edilməsi və nazir vəzifəsinin icrasının ona həvalə edilməsinin kökündə nazirlikdə sürətli kadr dəyişiklikləri həyata keçirilməsinin zərurəti dayanıb. Çox guman ki, prezident İlham Əliyev onu birbaşa nazir deyil, birinci müavin təyin etməklə Mədət Quliyevin bu vəzifənin öhdəsindən gəlib-gələ bilməyəcəyini müəyyən etmək istəyib. Oktyabrın 17-dən ötən müddətdə Milli Təhlükəsizlik Nazirliyində baş verənlər belə deməyə əsas verir ki, Mədət Quliyev dövlət başçısı tərəfindən üzərinə qoyulan vəzifə və tapşırıqların öhdəsindən gələ bilib.
Onun Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri postuna təyin olunması da bunun göstəricisidir. Belə ki, Milli Təhülkəsizlik Naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib. Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın Milli Təhlükəsizlik Naziri tutmalıdır. Eldar Mahmudov oktyabrın 17-də Milli Təhlükəsizlik Naziri vəzifəsindən çıxarılandan sonra bu komissiyanın sədri postu da boş qalmışdı. Yəni E.Mahmudov nazir vəzifəsini itirməklə sözügedən komissiyanın sədri postundan da avtomatik olaraq məhrum olmuşdu. Komissiyanın sədri vəzifəsini də onun varisinin tutacağı gözlənilirdi. İndi Mədət Quliyevin komissiyanın sədri təyin edilməsi Milli Təhlükəsizlik Nazirliyinə kimin başçılıq edəcəyi ilə bağlı mübahisələrə son qoyur. Belə görünür ki, Mədət Quliyev 15 gün ərzində özü haqqında rəyi gücləndirə və tam etimad qazana bilib. Belə görünür ki, Prezident İlham Əliyev Mədət Quliyevin 17 gün ərzində gördüyü işlərdən razı qalıb və Milli Təhlükəsilik Nazirinin səlahiyyətlərinin məhz ona həvalə etməyi qərara alıb. Mədət Quliyev Prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri təyin edilməsi isə bu istiqamətdə ilk addım sayıla bilər. Çox guman ki, ən geci bu ilin sonuna kimi Mədət Quliyev nazir təyin ediləcək.
Arzuman Loğmanoğlu
Oxşar Xəbərlər
Təcili: Mədət Quliyev milli təhlükəsizlik nazirinin I müavini təyin olundu
MTN-dən Hilal Əsədovla bağlı xəbərə reaksiya - Açıqlama
Mədət Quliyev MTN-də sərt qayda yaradıb: General vəzifəlilərə "şaqat" etdirib...
"MTN işi" ilə əlaqədar 15 nəfər həbs olunub
Xəbər lenti
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə