2,5 milyon manatlıq saata sahib çıxan niyə yoxdur?

2,5 milyon manatlıq saata sahib çıxan niyə yoxdur?

 


 

Depuatat Aydın Mirzazadənin  iqtidarı müdafiəsi niyə effekt verə bilməz?

Azərbaycan cəmiyyəti çox qızğın şəkildə İspaniyanın İbiza şəhərində qarət olunan 2,5 milyon manatlıq saatın sahibi olan gəncin hansı məmurun övladı olmasını müzakirə edir. 2,5 milyon manatlıq saatını itirən gəncin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olması haqqında məlumat çox əsaslı və inandırıcı şəkilədə təkzib edildi. İlk olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlama ilə çıxış edərək bu məlumat yalan və cəfəngiyyatdan başqa bir şey olmadığını söylədi və Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmadığını, bu məlumatı asanlıqla dəqiqləşdirməyin mümükünlüyünü vurğuladı. Anar Nəcəflinin əsaslı təkzibindən sonra qarət olunan 2.5 milyonluq saatın  sahibinin Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olmadığını müstəqil qaynaqlar da açıqladılar. Bununla da qarət olunan saatın sahibinin kimliyi ilə bağlı ilkin qeyr-dəqiq məlumat təkzib edildi.

2,5 milyon manatlıq saata sahib çıxan niyə yoxdur?

 

 

Ancaq bu həmin saatın sahibinin azərbaycanlı gənc olmadığı anlamına da gəlmirdi. Buna görə qarət olunan 2.5 milyonluq manatın sahibinin kimliyi ilə bağlı axtarışlar davam etməyə başladı. Hətta belə məlumatlar yayıldı ki,qarət olunan  Azərbaycan əsilli Rusiyalı oliqarx Fərhad Əhmədovun oğludur. Lakin belə bir hal olsaydı bu Rusiya mətbuatında böyük səs-küy yaradırdı. Eyni zamanda Avropadakı azərbaycanlı mühacirlər İspaniyanın İbiza şəhərində 2.5 milyonluq manatlıq saatın qarət olunması ərəfəsində bu şəhərdə Azərbayanın yüksək vəzifəli şəxslərindən bir neçəsinin oğlunun olduğu haqqında məlumatlar yaydılar. Həmin məlumata görə, bu olay Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin, ləğv edilmiş Nəqliyat nazirliyinin sabiq müavini və "Azərbayan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəisi Arif Əsgərovun oğlu Azər Əsgərov, eləcə də bu iki gəncin dostu Ceyhun Məmmədzadənin İspaniyanın İbiza şəhərində olduqları vaxt baş verib. Təsdiqlənməmiş, ancaq Saleh Məməmmədovun oğlu ilə bağlı məsələdə olduğu kimi əsaslı şəkildə də təkzib edilməmiş məlumata görə, qarət olunan 2.5 milyonluq manatın sahibi SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevdir. Bu məlumat adı çəkilən gəncin özü və yaxınıarı tərəfindən əsaslı şəkildə hələ təkzib edilməyib. Ancaq "Yeni Sözçü” qəzeti olaraq qeyd edirik ki, bu məlumatda bir yanlışlığı artıq üzə çıxara bilmişik. Belə ki, qarət olunan 2.5 milyonluq manatın sahibinin 22 yaşlı gənc olması və bu gəncin də SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev olması arasında uyğunsuzluq var. Məsələ ondan ibarətdir ki, Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev 1994-cü il təvəllüdlüdür və hazırda 25 yaşı var. Doğrudur, bu uyğunsuzluq qarət olunan 2.5 milyonluq manatın sahibinin Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev olmadığına tam dəlalət etmir. Ancaq müəyyən uyğunsuzluq olduğu göz önündədir. Ancaq SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin, ləğv edilmiş Nəqliyat nazirliyinin sabiq müavini və "Azərbayan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəisi Arif Əsgərovun oğlu Azər Əsgərov, eləcə də bu iki gəncin dostu Ceyhun Məmmədzadənin İbizanın ən bahalı otellərindən olan "Nobu Hotel Ibiza Bay”-da qalmaları haqqında çox ciddi iddialar var. Eyni zamanda bu üç gəncin adı və passport məlumatlarını Avropadakı azərbaycanlı mühacirlərə İbiza polisi tərəfindən verildiyi, 2.5 milyonluq manatlıq satın qarət olunması ilə bağlı onlardan birinin şikayəti əsasında rəsmiləşdirmə aparıldığı iddia olunur. Çox istərdik ki, adı çəkilən gənclər bu məsələyə aydınlıq gətirsinlər və qarət olunan 2.5 milyonluq manatın sahibinin kimliyinə tam aydınlıq gəlsin. Əks halda bu Azərbaycan cəmyyətində dövlət orqanlarında korrupsiyanın olması ilə bağlı iddiaları daha da gücləndirəcək və müxalifətin cəmiyyəti öz iddialarına inandırması çətin olmayacaq.

2,5 milyon manatlıq saata sahib çıxan niyə yoxdur?

 

 

Bu məqam YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə kimi siyasi məsələlərlə məşğul olmalı olan şəxsləri daha çox narahat etməlidir. Qeyd edək ki, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə müxalifətin son hərəkətlərinə münasibət bildirən zaman deyib ki, "Əli Kərimli və onun kimi açıq təxribatları təşkil edənlərə "dur” deməyin vaxtı çatıb”. Deputat Aydın Mirzəzadənin bu açıqlaması ətrafında geniş polemika açmadan onu qeyd etmək istərdik ki, məmurlar və onların övladları ilə bağlı ciddi qalmaqalların, korrupsiya ittihamlarının mövcud olduqca müxalifətin ittihamları cəmiyyət tərəfindən ciddi qəbul olunacaq.İspaniyanın İbiza şəhərində qarət ilə bağlı məsələdə olduğu kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxardığı nəhəng korrupsiya ilə bağlı "Yeni Sözçü” qəzetinin veb-səhifəsində dər olunmuş "Bakı Baş Gömrük İdarəsində nəhəng korrupsiya” adlı məqaləyə rəsmi qurumlar aydınlıq gətirmir. Xatırladaq ki, Dövlət Maliyyə Nəzarəti Xidməti üzə çıxarıb ki, "Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömürk xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb. Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömürk İdarəsi, gömürk xidməti general-mayoru Vüsal Novruzovun plastik kartına köçürüb. Bu maliyyə fırıldağının reallaşması zamanı Nazilə Məmmədova özünün plastik kartına 77090 (yetmiş yeddi min doxsan) manat köçürüb. Bundan başqa Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına 142800 (yüz qırx iki min səkkiz yüz manat), Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına 430520 (dörd yüz otuz min beş yüz iyyirmi) manat pul köçürülüb. Dövlət Maliyyə Nəzarəti Xidməti açıq-aşkar korrupsiya əməli olan bu faktı üzə çıxardıqdan sonra Xidmətin rəisi Cavanşir Yusifov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə 01 may 2019-cu il tarixdə DX-03/02-03-438 saylı məktub göndərərək üzə çıxarılan faktlarla bağlı tədbir görülməsini istəyib”. Ancaq Dövlət Gömük Komitəsi bu məlumat ətrafında dərc etdiyimiz məqaləyə heç bir münasibət bildirmir. Siyasi elmlər üzrə fəlsəfə doktoru olan Aydın Mirzəzadə bilməlidir ki, hakimiyyəti nüfuzadn salan əsas məsələ müxalifət deyil, harınlamış məmurlardır. Əgər, gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəini, yəni 2 630870 manat Bakı Baş Gömürk İdarəsinin rəisinin plastik kartına köçürülürsə və həmin şəxs məsuliyyətə cəlb edilmirsə, dünyanın ən böyük dövlətinin prezidenti və bir neçə milyard dollarlıq sərvətə malik Donald Tramp 7000 dollarlıq qol saatı taxdığı halda, atası yüksək vəzifəli məmur olan bir gəncin ən azı 1.5 milyon dollarlıq saata məxsus olması, onu da qəraətçilərin alması haqqında təkzibedilməz məlumatlar varsa, iqtidarı nüfuzadn salmağa müxalifət də lazım deyil.

Kim bilməsə də Aydın Mirzəzadə bunları bilməlidir və həqiqətən iqtidarın mövqeyini müdafiə edənlər ilk öncə bu məqamlar haqqında düşünməlidir. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

A.  Aydın,

"Yeni Sözçü” qəzeti


 



Oxşar Xəbərlər

Xəbər lenti