UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək “Şəki Xan Sarayı”na “düşmədi”

 

UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək “Şəki Xan Sarayı”na “düşmədi”

 


 

Baş verən faciənin günakar(lar)ı müəyyən ediləcəkmi?

 

Prezident İlham Əliyevin Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikin həftəsi tamam olanda Şəki Xan Sarayında faciə baş verdi. Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budaq qırılaraq  sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar arasında İlkin Məmmədov adlı şəxs ağır dərəcəli kəllə-beyin travması zədəsi alıb. Üstəlik İlkin Məmmədovun sağ ayağı da sınıb. Bu şəxsdən başqa daha dörd nəfərin vəziyyəti ağırdır. Bakıdan Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Məlumata görə, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən əvvəl bu qərarın qəbul edilməsi üçün müəyyən tələblər olub. Onlardan biri də Ümumdünya İrs Siyahısına daxil ediləcək "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”ndə təhlükəsizliyin təmin edilməsi olub. Azərbaycan rəsmiləri də UNESKO-nun Ümumdünya İrs Komitəsinin üzvülərinə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”ndə təhlükəsizliyin təmin olunması ilə bağlı zəmanət veriblər. İndi isə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında qərarının mürəkkəbi qurumamış belə bir faciəli hadisə baş verib. Bu isə heç şübhəsiz ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin üzvülərində Azərbaycan haqqında mənfi rəy yaradacaq.

UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək “Şəki Xan Sarayı”na “düşmədi”

 

Bir neçə nəfərin həyatına təhlükə yaradan və Azərbaycanın imicinə kölgə salan bu olaya görə təbii ki, cəzalandırlanlar olacaq. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Şəki şəhərinə göndərilən qrupda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirliklərinin təmsilçiləri ilə yanaşı Baş Prokurorluğun məsul şəxslərinin olması bu qənaəti yaradır. Baş verən olaya görə cəzalandırılanlar arasında Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın olacağı istisna edilməməlidir. Bu yazı hazırlanarkən, hətta Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın vəzifəsindən kənarlaşdırılması haqqında məlumat da aldıq. Hələlik təsdiqlənməmiş bu məlumatın gün ərzində təsdiqlənəcəyi də istisna olunmur. Məsələ ondan ibarətdir ki, Şəki Regional Mədəniyyət İdarəsinin Şəki Xan Sarayı ilə bağlı fəaliyyətinin  şəffaf olmadığı haqqında iddialar var. Baş verən faciəli hadisə də bu iddianı təsdiqləyir. Çünki, Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşları vəzifələrinin öhdəsindən layiqncə gəlsəydilər, həmin ağacın budağının qırılma ehtimalı nəzərə alınar, vaxtında tədbir görülərdi. Ancaq mədəniyyət naziri Əbülfəs Qarayevin yanlış kadr siyasəti, Şəki şəhər icra hakimimiyyətinin başçısı Elxan Usubovun maraqlarının hər şeydən öndə tutulması Mirvari Zeynalovanın Şəki Regional Mədəniyyət İdarəsinin rəisi postunda qalmasını təmin edib. Mirvari Zeynalova ilə bağlı redaksiaymıza daxil olan bir iddia isə ondan iabrət idi ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi ətrafına ondan asılı qadın məmurları yığıb və buna görə idarənin işini effektli qurmaq mümkün olmur.

Məlumata görə, rayon və şəhər Mədəniyyət Şöbələri ləğv edilib, Regional Mədəniyyət İdarələri yaradılan zaman bu vəzifəyə daha layiqli namizədlər olub. Ancaq yuxarıda qeyd elədiyimiz kimi Mədəniyyət naziri  Əbülfəs Qarayevin yanlış kadr siyasəti, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun maraqlarının hər şeydən öndə tutulması Mirvari Zeynalovanın Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə sahiblənməsinə səbəb olub. Bu isə baş vermiş faciəyə görə Mədəniyyət naziri Əbülfəs Qarayevin və Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun mənəvi məsuliyyətini də gündəmə gətirir.

Şəki şəhərindəki mənbəmiz isə bildirir ki, Baş Prokurorluğun əməkdaşları yoxlama zamanı Şəki Regional Mədəniyyət İdarəsinin əmək haqqı cədvəlində adları olan "ölü canlar”ı üzə çıxara bilər. Eyni zamanda da Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyətini təmin etmək üçün büdcədən ayrılan vəsaitlərin xərclənməsi zamanl qanunvericiliyin tələblərinin pozulub-pozulmaması kimi məsələlərə də aydınlıq gətirə bilər. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

A.Aydın,

"Yeni Sözçü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti