8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"PKK/YPG artıq Rusiya üçün real terror təşkilatı mövqeyindədir və Rusiyanın Türkiyə ilə olan ortaq güclü münasibətləri sadəcə Suriyadan ibarət deyil”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin həyata keçirdiyi "Barış pınarı” hərəkatının növbəti mərhələlərindən danışan hərbi ekspert, Rusiya Araşdırmaları İnstitutunun prezidenti Salih Yılmaz deyib.
Soçi momeorandumundan sonra Rusiyanın hansı addımlar atacağına aydınlıq gətirən ekspert bildirib ki, hər nə qədər Rusiya YPG-ni rəsmi terror təşkilatı kimi tanımasa da, Soçi memorandumu PKK-nı terrorçu kimi tanıdır. Rusiya bu təşkilata qarşı mübarizə aparmağı Türkiyəyə vəd edib. Suriya bunu Adana razılaşması ilə tanımışdı, amma Rusiya prosesə hələ indi daxil olub.
YPG/PKK ofisinin Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə böhranından sonra açıldığına diqqət çəkən Yılmaz "bu ofis fövqəladə şərtlərlə açılmışdı. Mən o ofisin heç bir formada işləmədiyini, hətta qapısının açılmadığını bilirəm” sözlərini deyib.
Ekspert Soçi memorandumunun Rusiyaya böyük öhdəliklər qazandırdığını bildirib: "Türkiyə PYD/PKK təhdidindən sərhədləri boyunca xilas oldu və məsuliyyəti Rusiya ilə rejimin üzərinə qoydu. PKK Türkiyə üçün sıxıntı yaradarsa, Rusiya və Əsəd ilə qarşılaşmaq məcburiyyətində qalacaq. Rusiya, onsuz da, PKK/YPG-nin ABŞ tərəfindən istifadə edilən ünsür kimi görür. Moskva üçün YPG/PKK-nın məhv edilməsi, eyni zamanda, ABŞ-ın Suriya daxilində istifadə edəcəyi kartın yox edilməsi deməkdir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında 22 oktyabrda Soçidə "Barış pınarı" hərəkatının başa çatması və Türkiyənin sərhəd təhlükəsizliyinin qorunması mövzusunda memorandum imzalanmışdı.