8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Amerikanın Stratfor özəl kəşfiyyat-analitik şirkətinin analitikəri hesab edirlər ki, bu ilin dördüncü rübündə Moskva və Vaşinqtonun Suriyada hərbi toqquşma riski artır.
Ekspertlərin fikrincə, ABŞ ilin axırına qədər diqqətini Mosul (İraqın şimalı) və Rakkada (Suriyanın şimalı) İŞİD-in mövqelərinə hücuma cəmləyəcək. Proqnoza əsasən, Vaşinqton və Moskvanın birbaşa döyüş meyanında əməkdaşlığı cüzi olacaq, çünki hər iki tərəf Suriya böhranının diplomatik üsulla zəiflədilməsində çox az maraqlıdır. Rusiya "diplomatik mübahisələr”dən imtina edib hərbi taktikanı tutacaq, halbuki Amerika tərəfi inidki prezident Barak Obamanın səlahiyyət müddətinin tezliklə bitəcəyi üzündən "konstruktiv sövdələşmə”yə hazır deyil.
Şirkətin proqnozunda qeyd olunur: "Nəzərə alınsa ki, Vaşinqton Suriyada sünni üsyançıları gücləndirir və Moskva ilə dialoq siyasətini prioritetdən məhrum edir, dördüncü rübdə toqquşma potensialı artır”.
Analitiklər əlavə edirlər ki, duruma digər bölgəsəl oyunçular da təsir edir. Rusiya ordusu ilə toqquşma riskini azaltmaq üçün cənuba doğru Amerikann qoruması ilə hərəkət edəcək türk ordusunun döyüş meydanında iştirakı durumu mürəkkəbləşdirir. Eyni zamanda Vaşinqtonun Fars körfəzindəki müttəfiqləri İrana qarşı öz oyunlarını aparır: Rusiya və ABŞ-ın ziddiyyətlərində oynamaq və sünni satellitlərinin mövqelərini gücləndirmək istəyir.
Rusiya və ABŞ-ın münasibətləri Suriyanın Hələb şəhərində durumun pisləşməsi fonunda korlanıb. Yaraqlılar orada yaşayış məhəllələrinə atəşi davam etdirir, faktiki olaraq dinc sakinləri girov saxlayır və humanitar yardım tədarükünə mane olur, şəhərdə və civarında döyüşlər gedir. Vaşinqton Suriya və Rusiya hökumətlərini mülki əhali və "mötədil” deyilən silahlı müxalifəti bombardman etməkdə ittiham edir. Moskva və Dəməşq israr edir ki, zərbələr istisnasız olaraq terrorçuların mövqelərinə endirilir və Vaşinqtonu "mötədillər”ə təsir edərək terrorçulardan ayırmaq iqtidarsızlığında ititiham edir. Moskva ABŞ tərəfdən "qeyri-konstruktiv xarakterli” ritorikaya dəfələrlə diqqət yönəldib. Rusiya XİN başçısının müaviniGennadi Qatilovun bildirdiyi kimi, Suriyadakı humanitar faciə siyasi məqsədlərin yeridilməsi üçün istifadə olunur ki, Rusiya tərəfi bunu qəbuledilməz sayır.