8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Çin "dövlət ağlı" ənənəsi olan çox azsaylı ölkələrdəndir, əgər Pekin siyasətində kəskin dəyişiklik edirsə, deməli dünya böyük dəyişikliklər ərəfəsindədir"
"Böyük Britaniyanın baş naziri olmuş Moris Harold Makmillan siyasətində dəyişiklik etməsinin səbəbini baş verən hadisələrlə izah edib. Siyasət riyazi düstur üzrə inkişaf etmir. Onun öz qanunauyğunluğu var. Çinin Körfəz ölkələrinin kollektiv təhlükəsizlik sistemini qurmaqda Körfəz Əməkdaşlıq Şurası ölkələrini, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı məsələnin sülh yolu və beynəlxalq qanunvericiliyə uyğun həll olunması üçün Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsünü dəstəkləməsi Pekinin siyasətində kəskin dəyişiklik baş verdiyinin göstəricisidir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı məsələdə Çinin Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləməsi Pekinin İranın ərazi bütövlüyünü şübhə altına alması anlamına gəlir: "Çinin bu addımı belə qənaət yaradır ki, yeni dünya düzənində İran adlı dövlətin olmayacağı ehtimalı çox böyükdür. Çin siyasətini anidən dəyişən dövlətlərdən deyil. Çin "dövlət ağlı" ənənəsi olan çox azsaylı ölkələrdəndir. Əgər Çin siyasətində kəskin dəyişiklik edirsə, deməli dünya böyük dəyişikliklər ərəfəsindədir".
Hurriyyet.az