8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kamran Sultanlı: "Potsdamda formalaşmış dünya nizamı artıq dağılmaq üzrədir"
"Çinin əsas məqsədi kapital dünyasına güclü inteqrasiya edib dünyanı sosializmə transformasiya etməkdir"
"Pekinin "Bir kəmər bir yol" layihəsi Azərbaycanın da maraq dairəsindədir"
"Çin və ABŞ arasında qlobal rəqabət daha da şiddətlənir. Bu rəqabət heç şübhəsiz, üçüncü dünya ölkələrinə təsir edəcək". "Hürriyyət" xəbər verir ki, bu fikirlər müstəqil ekspert Kamran Sultanlıya məxsusdur. ABŞ prezidenti Donald Trampın rəsmi Pekini 300 milyard dollar həcmində qiymətləndirilən Çin mallarına vergi qoyacağı ilə təhdid etdiyini vurğulayan ekspertin sözlərinə görə, adıçəkilən ölkələr arasında rəqabət Qərb və Şərq bloku arasında ilk ciddi qarşıdurmadır.
Trampın qərarını Çin lideri ilə Yaponiyanın Osaka şəhərində keçiriləcək "G20"nin sammitində görüşdən sonra açıqlayacağını deyən Kamran Sultanlı Pekinin də öz növbəsində, yeni rüsumlar tətbiq etdiyini bildirib: "Bu arada, Beynəlxalq Valyuta Fondunun rəhbəri Tiqbörn Yaqland Çin-ABŞ rəqabətinin dünya ÜDM-nü 0,9% azaldacağını və təxminən, dünya iqtisadiyyatında 455 mld. dollar itki yaradacağını qeyd edib. Çin və ABŞ arasında rəqabət Qərb və Şərq bloku arasında ilk ciddi qarşıdurmadır. Son 500 ildə Avroatlantik mərkəzlə ilk dəfə Asiya imperiyası üz-üzə gəlir. Çin özünün infrastruktur ekspansiyası ilə dövlətlərin iqtisadi yapısını ələ keçirərək hərəkət edir. Pekinin indiyə qədər siyasi stretagiyası Çinin ikinci ən əsas siyasi lideri sayılan Den Syoimin gücünü gizlət (Hide your strength) strategiyasına uyğun gəlirdi. Bu strategiyaya uyğun olaraq Çin dünyada siyasi ekspansiyadan qaçır, Qərblə konfrantasiyalarda iştirak etmir, özü kommunist dövləti olsa da, kapital-liberal düzənə güclü inteqrasiya edir, Qərb texnologiyalarını cəlb etmək tarixi rəqabətliliyi və asiya etnosentrizminin mərkəzində olmasını gizlədir və milli kini bir müddətlik təxirə salır".
"Pekin bu üsulla Yaponiyanı ikincilikdən ataraq, Asiyada supergüc olmağa əsas iddialı dövlətə çevrildi"
Ekspert bu qənaətdədir ki, Çinin əsas məqsədi kapital dünyasına güclü inteqrasiya edib dünyanı sosializmə transformasiya etməkdir: "Syomin Çini supergücə iddialı olmamağa çağırırdı. Çinlilər hətta Amerikanın superdövlət kimi qalmasında maraqlıdırlar. Pekin bununla dünyada jandarm rolunun məsuliyyətini Amerikanın üstünə yıxmaqla, özünün siyasi ambissiyalarını gizlətmək, özünü daha liberal, mülayim dövlət kimi göstərməyə çalışırdı. Pekin bu üsulla Yaponiyanı ikincilikdən ataraq, Asiyada supergüc olmağa əsas iddialı dövlətə çevrildi. Xüsusilə texnoloji və iqtisadi mərkəzin Şərqi Asiyaya transformasiyası Çin amilinə nəzər yetirilməli olduğunu sübut edir. Bütün bunları görən amerikalılar artıq hərəkətə keçdilər. Çünki amerikalılar vaxtında tərpənməsəydilər, Atlantika dünyası bəlkə də ciddi mövqe itirəcəkdi, ABŞ isə regional dövlət statusuna enə bilərdi. Trampın 1987-ci ildə SSRİ ilə imzalanan strateji silahların qadağan olunması müqaviləsindən, Paris ətraf mühit aktından çıxması, ÜTT-dən çıxmaq istəyinin ən əsas səbəbi məhz Çindir. Çünki Tramp Paris aktına qoşulmağı Amerikanın Çindən geri qalacağı ilə əsaslandırır".
"ABŞ artıq bütün kosmik proqramları bərpa edib və radikalcasına Çinə qarşı mübarizəni genişləndirib"
Donald Trampın fikirlərində haqlı olduğunu söyləyən Kamran Sultanlı hesab edir ki, Çin Paris anlaşmasına dəstək olsa da, sürətlə özünün infrastruktur-iqtisadi ekspansiyasını genişləndirir, sənayəni daha da inkişaf etdirir, kosmik proqramlara külli-miqdarda maliyyə ayırır: "Bütün bunları görən Vaşinqton bu anlaşmadan çıxmaqla Pekinin yolunu kəsmək və özünün supergüclüyünü qorumaq üçün hərəkətə keçib. ABŞ artıq bütün kosmik proqramları bərpa edib və radikalcasına Çinə qarşı mübarizəni genişləndirib. Trampın ÜTT-dən çıxmaq istəməsinin ən əsas səbəbi isə yeni bazarlar uğrunda mübarizədə ənənəvi ticarət qanunlarına riayət etməyin zərurəti və bunun Vaşinqtonun hazırkı xarici siyasətinə sərf etməməsidir. Potsdamda formalaşmış dünya nizamı artıq dağılmaq üzrədir. Əgər 2000-ci illərdə çoxmərkəzli, unopolyar sistem dünya siyasi düzənində əsas idisə, hazırda multipolyar siyasi düzənin formalaşması uğrunda mübarizə gedir. Çin isə ABŞ-a bütün komponentlərdə ciddi rəqibdir. Çünki Çin ABŞ üçün tamamilə başqa mədəniyyət, başqa sivilizasiyadır. Əfsanəvi amerikalı diplomat Henri Kissincer qeyd edir ki, Amerika Çin və Rusiya ilə daha çox əməkdaşlıq etməlidir və imkan verməməlidir ki, bu iki dövlət bir-biri ilə əməkdaşlığı genişləndirsin. Kissincer həmçinin, hər iki dövlətin ən zəifinə yaxınlaşmağı və digərinə daha sərt siyasi xəttin həyata keçirilməsinin tərafdarı idi. Vaşinqtonda bir çox beyin mərkəzləri indi məsuliyyət bölgüsü aparmaqda maraqlıdırlar. Amerikalılar gözəl bilir ki, hazırkı sistem Çinə sərf edir və bu baxımdan, Pekin supergüc olmaq istəmir. Hətta Bjezinski Çinə "G2" formatını təklif edir, lakin çinlilər deyir "biz buna hazır deyilik". Təbii ki, bu sistemdən Çin mahircəsinə yararlanır. ABŞ dollarını bazara buraxır və yuanı süni devalvasiyaya uğradır, dolların yüksək olmasından istifadə edərək, ixracyönümlü iqtisadiyyat qurur. Buna görə Tramp ucuz dollar, yüksək ixrac formulunu təkidlə tələb edir. Bütün bunlara görə siyasi düzən dəyişməlidir və Tramp bu sürəcdə əsas vasitədir. Amerikalılar Çinin dünyanın məsuliyyətini öz üzərinə götürməsinə, bununla onun da güc sərf etməsinə və Pekinin zəif nöqtələrindən istifadə etməklə onu zəiflətməyə çalışır".
"Çin Rusiyaya Atlantik ittifaqına qarşı bufer zona kimi baxır"
Çin və ABŞ arasında rəqabətin digər məkanının Sakit və Hind okeanları hövzəsi olduğunu qeyd edən ekspertin fikrincə, Pekinin "Bir kəmər bir yol" layihəsi Azərbaycanın da maraq dairəsindədir: "Orta əsrlər dövründə Hindistana dəniz yolunun çinlilər tərəfindən deyil, məhz avropalılar tərəfindən tapılması, o dövrün çin imperatorlarının bu məsələyə neqativ yanaşması böyük ticarət yollarına, Qərbin nəzarətini təmin etdi, Çin geosiyasi olaraq böyük güc itirdi. Hazırda okean üzərindən daşımalarda Amerika qlobal hegemondur və Çin bu hegemonluğa ciddi rəqib olmağa, bu nəqliyyat-kommunikasiya daşımalarına ciddi alternativ formalaşdırmağa çalışır. Bu istiqamətdə Pekin "Bir kəmər bir yol" qlobal nəqliyyat-kommunikasiyasını həyata keçirməyə çalışır. Bu lahiyə Azərbaycanın da maraq dairəsindədir. Çünki Azərbaycan bu lahiyədə önəmli dövlətdir. Xəzərin ən böyük limanına və donanmasına sahiblik edən ölkəmiz, özünün bağlayıcı imkanları ilə lahiyənin onurğa sütunudur. Digər tərəfdən, əgər Qərb də gələcəkdə Çinə qarşı ittifaqa maraqlı olsa, bu region, xüsusilə Azərbaycan əsas dövlət olacaq. Digər variant isə Rusiyadır. Lakin bunun üçün Qərb Rusiya ilə barışmalıdır. Amma Amerikada olan bir-çox dairələr Rusiyanı Çinə doğru itələyir. Çin isə Rusiyaya Atlantik ittifaqına qarşı bufer zona kimi baxır. Dünya iqtisadiyyatının Şərqi Asiyaya transformasiyası, yeni bir Asiya imperiyasının Qərb hegemonluğuna qarşı rəqabətə girməsi, dünya əhalisinin böyük qisminin Şərqi Asiya regionunda yerləşməsi bizə "Alfrad Mahan" konsepsiyasının prinsiplərini xatırladır. Tramp sonuncu Pentaqon büdcəsində bu konsepsiyanı əsas strategiya elan etmişdi. Bu konsepsiya ona dəlalət edir ki, dünya əhalisinin böyük əksəriyyəti dəniz sahillərində yaşayır, dünya iqtisadiyyatının əsas mərkəzləri, habelə ən inkişaf etmiş ölkələr məhz dəniz sahilindədir. Buna görə də dənizdə hegemonluq dünyaya hegemonluq deməkdir. Hazırda bu strategiyaya Hind və Sakit okeanlarında ABŞ-Çin mübarizəsinin kontekstində baxmaq çox maraqlı olardı".
"Henri Kissincerin dediyi kimi, Çin və ABŞ birlikdə asqırsa bütün dünya xroniki xəstəliyə tutula bilər"
Kamran Sultanlının sözlərinə görə, Çin "Bir kəmər bir yol" layihəsini həyata keçirməklə quru yolunu daşımalarda işə salmağa və dəniz yoluna alternativ formalaşdırmağa çalışır. O hesab edir ki, bu, həm də Çinin dövlətlərin iqtisadi konyukturasını ələ keçirməsinin və öz iqtisadi ambissiyalarını reallaşdırmasının bir yoludur: "Lakin Vaşinqton artıq hərəkətə keçib. Çünki Çinin gücünü sağlam əsaslarda zəiflətmək mümkün deyil. Buna görə dünyada yeni keyfiyyət dəyişiklikləri gedir və ABŞ proteksionizmə əl atır. "Huawei"yə tətbiq edilən sanksiyalar da bu qəbildəndir. Lakin hər iki dövlət bir-birindən olduqca çox aslıdır, bir-biri ilə müharibədən daim çəkinir. Həmçinin bir-birindən qopa bilmir. Aradakı ticarət dövriyyəsi 1,2 trln. dollardır. Tramp qeyd edir ki, artıq Çin bizə görə gəlirlər qazanmayacaq. Lakin tətbiq olunan qarşılıqlı rüsum və embarqolar dünya iqtisadiyyatını sirkələyəcək və iqtisadiyyat ressasiya durumuna düşə bilər. Artıq bunun ilk qığılcımları neftin qiymətində özünü göstərir. Çin ən böyük neft istehlakçısıdır, Pekinin iqtisadi zəifləməsi qlobal təlabatı azaldır, təklifin artması, xüsusilə ABŞ-ın hasilatı 12,4 mln. barrelə qədər qaldırması neftin qiymətini endirir. Bütün bunlar isə neftdən asılı olan dövlətlərdə, o cümlədən ölkəmizdə ciddi iqtisadi problemlərə yol aça bilər. Henri Kissincerin dediyi kimi, Çin və ABŞ birlikdə asqırsa bütün dünya xroniki xəstəliyə tutula bilər".