Azərbaycan enerji potensialına görə də liderdir


Fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu, mühüm əhəmiyyətə malik hərtərəfli, uğurlu bir layihədir. Baxmayaraq ki, hazırda dünyada, bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Olduğca vacib məqamları dilə gətirən cənab Prezident görüləcək işlər barədə ictimaiyyəti məlumatlandırdı.


2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq deyə çıxışına başlayan dövlət başçısı qeyd etmişdir ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçevir şəhəri hal-hazırda elektrik energetika sahəsində bizim əsas şəhərimizdir.

Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Və demək olar ki, bu günki güclü Azərbaycanın enerji balansı həmən gün təsdiqlənmiş oldu.


Fəxarətlə qeyd edirəm ki, 44 günlük Vətən savaşımız zamanı

Mingəçevir Elektrik Stansiyasının önəmi  bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, Yüzlərlə yaşayış evi tamamilə dağıdılmış, yüzə yaxın dinc insan həlak olmuş, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.

Təməlində Heydər Əliyev ideyaları duran güclü Azərbaycanın bu sahədəki gücünü yalnız ölkəmiz deyil, bütün dünya şahidlik etdi.


Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. Ölkə Başçımız yeni layihənin icrasında nəzərdə tutulan proseslərdən geniş və ətraflı bəhs etdi.
Əliqismət Səfərov
Suraxanı rayonu318 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}