Milli Məclisdə elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklif edildi


Sərhədyanı kəndlərə Böyük Qayıdışı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.

Sozcu.info xəbər verir ki, belə bir təkliflə deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasında 2024-cü ilin büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün, ipoteka siyasətini dəyişmək - paytaxtdan bölgələrə yönəltmək olar: “Ölkəmizdə 4244 kənd var. Bu, böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4244 kəndin yalnız 92-də əhali sayı 5000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır. Ölkəmizdə ümumilikdə 2023-cü ildə əhali tərəfindən 3.9 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,4 milyard kubmetr qaz istehlak edilib. Yəni ölkə üzrə təbii qaz istehlakının 36%-i paytaxtın payına düşür. Əhali tərəfindən ümumilikdə 6,6 milyard kv/saat, Bakı şəhərində isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edilib. Yəni ölkə üzrə elektrik enerjisi istehlakının 42%-i paytaxtın payına düşür. Halbuki Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə Böyük Qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektirk və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir”.
Ölkə.az



Oxşar Xəbərlər

Xəbər lenti