Dövlət başçımızın almaniyadakı 13 mart çıxışından yaranan təəssüratlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkət rəhbərləri ilə görüşündə etdiyi çıxış bir çox məqamlara  aydınlıq gətirdi. Bir ayda iki dəfə Almaniyaya səfər edən, Almaniyada Prezident və kanslerlə görüşən dövlət başçımıza olan bu diqqət onun istər iqtisadi, istər siyasi, istər də ticarət sahəsində apardığı işin düzgün istiqamətinin nəticəsidir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa dövlətlərinin enerji tələbatının ödənilməsində Azərbaycanın xüsusi yeri, son 20 ildə iqtisadiyyatın 3 dəfədən çox artması, xarici borcların azalması,Azərbaycanın nəqliyyat infrastrukturunda olan inkişafı göstərir ki, dövlətimiz etibarlı əldədir.
Erməni vandallarının yerlə yeksan etdiyi  qədim Qarabağ  torpağında dövlətimizin daxıli imkanları hesabına başlanmış quruculuq işləri, bərpa olunan enerji ehtiyatları hesabına salınacaq “ağıllı” şəhər və kəndlərin öz doğma torpağından didərgin düşən əsl sahiblərinəqaytarılması yolunda görülən işlər də diqqəti cəlb edən məqamlardandır.  Yəni dövlət başçısı bir rəhbər kimi həm daxili, həm də xarici siyasətdə hədəfləri düzgün müəyyənləşdirə bilir və bu istiqamətdə yorulmadan çalışır.
Aparılmış uğurlu iş nəticəsində bu gün türk dünyasında əsas yerlərdən birini tutan dövlətimiz Avropa üçün də lazım olan, Avropanın da ehtiyacı olan və bu ehtiyacı ödəməyə qadir olan bir məkandır.
Bütün bunların hamısı xalqın inam və etibarını qazanmış Prezidentin, Ali Baş Komandanın- cənab İlham Əliyevin bir siyasətçi və dövlət başçısı kimi tanındığının və dünya liderləri arasıda özünəməxsusluğu ilə seçilməsinin nəticəsidir.
 Biz də bir vətəndaş kimi bu çətin və məsuliyyətli işdə ona uğur arzulayırıq.
Mətanət Şahəliyeva 

Suraxanı rayonu146 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}