Sərhəddəki erməni təxribatının əsl səbəbi – Paşinyanın hiyləgər gedişi/Şərh


"Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində sərhəd bölgəsində atəşkəsin pozulması və Azərbaycanın üç igid hərbçisinin şəhid olmasını xalqımız ürək ağrısı ilə qarşıladı. Biz gözləyirdik ki, 44 günlük Vətən Müharibəsindəki məğlubiyyətindən sonra Ermənistan daha qan tökməz, sülh müqaviləsi bağlamağa məcbur olacaq. Biz heç vaxt müharibə tərəfdarı olmamışıq. Amma görünür, ermənilər insan öldürməkdən, qan tökməkdən yorulmayıblar. Qana susamış təxribatçılar hər dəfə bizi daha sərt tədbirlər görməyə məcbur edir. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bəzi qonşularımızın siyasətləri, davranışları ənənəvi olaraq pozucu xarakter daşıyır”. 

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. 

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırır: “Onun ritorikası göstərir ki, Ermənistan dövləti hansısa möcüzəyə inanır. Onlar fantastik xəyallara, təxəyyülərə dalıblar. Düşünürlər ki, regionda hansısa dəyişiklik olacaq, Azərvaycan dövləti zəifləyəcək, ya da hansısa xarici qüvvə bizə müharibə elan edəcək və ermənilər də bundan yararlanacaqlar. Sərhəddə baş. verən təxribatların əsas səbəbkarı Ermənistan rəhbərliyidir. Nə qədər ki, Paşinyan sülh müqaviləsi imzalamayıb, Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sərhədlər müəyyən edilməyib bu cür təxribatlar davam edəcək”.

Politoloq hesab edir ki, təxribatların davam etməsi ilk növbədə Ermənistan üçün problem yaradır: “Ermənilər onlara yaradılan fürsətdən istifadə edib Azərbaycanla sülh müqaviləsi bağlamaq əvəzinə təxribat yolunu tuturlar. Təbii ki, biz düşmənin layiqli cavabını veririk. Bütün bunlara rəğmən erməni ordusu kimlərəsə arxalanaraq, yaxud da onlara verilən sifarişlərə uyğun olaraq atəşkəsi pozurlar, ərazilərimizə minalar basdırırlar. Sərhədimiz yaxınlığında İranın pualarının uçması və digər hərbi hərəkətlilik deməyə imkan verir ki, Ermənistan bu məsələdə məhz Tehranla əməkdaşlıq edirlər. Düşünürlər ki, İranın köməyi ilə itirdikləri əraziləri geri qaytara biləcəklər. Amma yanılırlar. Bizim qisas əməliyyatımız daha sərt olur. Yeni yüksəkliklər alırıq. Onların hərbi postlarını darmadağın edirik”.







Ramiz Alıyevə görə, Azərbaycan ordusu ötən gün baş vermis təxribata görə Ermənistanın təxribatçı qüvvələrindən qisas almaqda davam edəcək: "Dünya, xüsusilə də, ABŞ və Avropa Birliyi sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyini, təkliflərini dəstəkləyir. Artıq rəsmi Bakı ilə razılaşırlar. Bu da regiondakı bəzi dövlətlərin - Ermənistan və İranın xoşuna gəlmir. Bilirlər ki, sülh müqaviləsi imzalansa, regionda sabitlik olsa, Azərbaycan iqtisadi cəhətdən daha da güclənəcək, demokratik islahatlar sürətlənəcək. Qərb investorları ölkəmizə axın edəcək. Dövlətimizin, ölkəmizin güclənməsini istəməyən bu qüvvələr vaxtaşırı təxribata əl atırlar. Ordumuz, hüquq mühafizə orqanlarımız bu təxribatların qarşısını almaq gücündədir.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}