Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanin 13 iyun Azərbaycana səfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana dövlət səfəri edib. Türkiyə lideri növbəti dəfə prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edir və bu səfərin dövlət səfəri olması böyük əhəmiyyətə malikdir. Belə ki, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır.
Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir. Bildirək ki, Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik bazasının təməlini tarixi qardaşlıq əlaqələri təşkil edir. Hər iki dövlət istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada həmrəylik nümayiş etdirir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətləri var. Onların şəxsi təşəbbüsləri də dövlətlər arasındakı əlaqələrə müsbət təsir edir. Hər iki liderin münasibətləri Azərbaycan-Türkiyə əlaqələrini elə gücləndirib ki, bütün dünya bu müttəfiqliyə qibtə edir.
Türkiyə lideri ölkəsinin Azərbaycana sarsılmaz dəstəyini 44 günlük Vətən müharibəsində ifadə edib. O, Türkiyənin Azərbaycanın yanında olduğunu deməklə bizə siyasi-mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan öz torpaqlarını hərbi güc yolu ilə azad etdikdən sonra kənar məkrli qüvvələr Türkiyənin xəbərdarlıqlarından dərs aldılar.
İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirilir. Şuşa Bəyannaməsi isə iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir.
Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Nizami Eminov

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}