TRAMPIN SURİYADAN ÇIXMAQ QƏRARI AĞ EVDƏ TƏƏCCÜB DOĞURUB –Yaxın Şərqdə 7 trilyon $ boşuna xərclənib - TƏHLİL

TRAMPIN SURİYADAN ÇIXMAQ QƏRARI AĞ EVDƏ TƏƏCCÜB DOĞURUB –Yaxın Şərqdə 7 trilyon $ boşuna xərclənib - TƏHLİL

Bill Faris, Cennifer Epştayn

"Bloomberg”

 

ABŞ prezidenti Donald Trampun "çox tezliklə” 7 illik müharibədən çıxmaq və "əsgərləri evə qaytarmaq” istədiyini açıqlamasından bir gün sonra Ağ Ev, Birləşmiş Ştatların Suriyadakı qüvvələrinin İŞİD-ə qarşı mübarizə mövzusunda qərarlı olduğunu bildirib.

Ağ Ev sözçüsü Sara Hakabi Sanders İŞİD terrorçularının hələ də mövcudluğuna istinadla, verdiyi şərhdə deyib: "ABŞ və tərəfdaşlarımız Suriyadakı kiçik qrupların varlığının aradan qaldırılmasına qərarlıdırlar. Biz müttəfiqlərimiz və dostlarımızla gələcək planlar barədə məsləhətləşmələri davam etdirəcəyik”.

Trampın bəyanatı ABŞ-ın bahalı xarici müharibələrdən çıxarılması barədə prezidentlik kampaniyası dövründə etdiyi çağırışlara uyğun gəlsə də, ən son şərh müttəfiqlərini, bəzi hərbçi və terrorizmə qarşı mübarizə üzrə köməkçilərini təəccübləndirib.

Ağ Ev Fransa prezidenti Emmanuel Makronla təmaslarda qismən iki liderin "İŞİD-in ümumi məğlubiyyətini təmin etmək üzrə öhdəliy”ə sadiq qaldıqlarını dilə gətirib. Halbuki bəyanatda "Suriya” sözü işlədilməyib.

 

Gündəliksiz addımlar

 

Ağ Evin bəyanatında deyilir ki, "Suriyada İŞİD-in kökünü kəsmək üzrə” hərbi missiya sona çatır, amma ABŞ-ın bu ölkədən çəkilməsi üçün heç bir cədvəl təklif edilməyib.

Bundan başqa, Tramp Suriyadanı stabilləşdirmək, Rusiya və İran təsirinə qarşı olan müxalifətə qarşı mübarizədə qalib gəlmiş Bəşər Əsəd əleyhinə siyasətdən əl çəkmədiyi iddia olunur.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel Vaşinqtonda keçirilən konfransda fərqli gündəliyi olan ölkələr tərəfindən dəstəklənən qoşun və milislər tərəfindən qlobal müharibə meydanına çevrilən Suriyada İŞİD və "əl-Qaidə” əleyhinə davamlı rol alacaqlarını açıqlayıb.

Münaqişədə 400 mindən çox insanı öldürüb, milyonlarla qaçqın var.

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə əmr verən Votel sabitlik səyləri ilə bağlı dedi: "Məni indi də bu mövqedəyəm”.

İŞİD-i məğlub etmək üçün Qlobal Koalisiyanın xüsusi nümayəndəsi Brett Makqurk eyni konfransda deyib ki, "missiyamız bitməyib və biz bu missiyanı tamamlayacağıq”.

Pentaqon dekabr ayında ABŞ-ın Suriyada təxminən 2 minlik qoşununun olduğunu açıqlayıb və bu bölmələr deyilənə görə, azaldılır.

ABŞ-ın tamamilə geri çəkilməsi yalnız Əsəd deyil, onun müttəfiqləri üçün zəfərdir.

Rusiyanın dövlət başçısı Vladimir Putin Ankarada türk və iranlı həmkarı ilə bir araya gəlib.

ABŞ-ın Suriyadakı rolu ilə bağlı müzakirələr bu həftə Xan Şeyxun şəhərində mülki əhaliyə qarşı kimyəvi silah hücumunun ildönümünə həsr olunub. Bu həmlə Suriyada raket hücumuna əmr verdiyi zaman Tramp tərəfindən ilk böyük hərbi qərarla nəticələnib.

 

Rusiya, İran

 

Rusiya və İranın müdaxiləsi uzunmüddətli müharibəni Əsədin lehinə dəyişib.

Yarım milyondan çox adamın ölümünə səbəb olan ağır bombardmandan sonra üsyançılar Şamın yaxınlığında son qalalarını tərk etməyə başladığı zaman Suriya lideri böyük üstünlük qazanıb.

Pentaqonun məlumatına görə, 20 sentyabr 2014-cü il tarixindən etibarən, – Suriyada əməliyyatlar başlayandan, – ABŞ həmin ərazidə və qonşu İraqda əməliyyatlara orta hesabla 14,3 milyon dollar sərf edib.

Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Couts mart ayında Senatda açıqlama verib: "Suriyanın yenidən qurulması ən azı 100 milyard dollara və ən azı 10 il müddətinə başa gələcək”.

Ağ Evdə Suriya mövzusunda etdiyi şərhdə Trampın, Səudiyyə Ərəbistanı kimi, başqalarının da Suriyanı yenidən qurma xərclərini ödəmək istədiyini açıqlayıb.

Tramp ABŞ-ın son 17 ildə Yaxın Şərqdə 7 trilyon dollar xərclədiyini vurğulayıb. O deyib: "Biz heç bir şey əldə etməmişik. Heç nə”.

 

Tərcümə: Strateq.az 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}