8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Artak Yeqiazaryan
1-in am/ru, 09.09.2018
Rusiya Türkiyənin Qafqaza girməyinə yol verməz. Bu haqda EBMTİ (Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutu-red.)direktoru, politoloq Stepan Səfəryan 1-in am-la söhbətdə Naxçıvanda Türkiyə hərbi bazasının meydana çıxa biləcəyi haqda Türkiyə KİV-lərində yayılan informasiyanı şərh edərkən deyib. Səfəryan "Bu, birinci hadisə deyil: bu cür məlumat keçən illərdə də dərc olunub. Həm Azərbaycan, həm də Türkiyə KİV-lərində dərc edilib. Türkiyə həm təlimatçıların, həm də şəxsi heyətin olduğu ordunun simasında Naxçıvanda dolayısıyla nə qədər böyük şəkildə iştirak edir-etsin, amma bunu formallaşdırmaq çox çətindir, çünki bu, Rusiyanın maraqlarına açıq-aydın toxunur”deyərək əlavə edib: "Hesab edirəm ki, Türkiyə Rusiyanın reaksiyasını anlamaq üçün bu məlumatı dövriyyəyə buraxıb. Keçmişdə Rusiyanın sərt əks təsiri buna səbəb olub ki, onlar bu cür addımdan yayınıblar. Düşünmürəm ki, indi bu addımı atarlar, çünki bu, Rusiya və Türkiyənin bütün birgə təşəbbüslərini təhlükəyə aparar, Türkiyə, çətin ki, Qafqazagirməyə Rusiyanın icazəsini alsın”.
Səfəryanın sözlərinə görə, türklər həmişə Naxçıvanda olublar, amma orada möhkəmlənə bilməyiblər. O deyib: "Təsadüfi feyil ki, rusların özləri hava hücumundan müdafiənin birləşdirilmiş sistemini, habelə Naxçıvana qonşu ordu əsasında birləşmiş qoşun qruplaşmasını yaratmağı irəli sürdülər. Rusiya eyham vurub ki, Türkiyənin Qafqaza soxulmasına, sadəcə, yol verməz”.
Azərbaycan üzrə mütəxəssis Tatev Ayrapetyan öz növbəsində qeyd edib ki, Türkiyə mətbuatında bu cür baxış nöqtəsi jurnalsit/ekspert səviyyəsində səsləndirilib, amma hələlik heç bir rəsmi məlumat yoxdur. "Ancaq faktdır ki, Türkiyə Naxçıvanda öz mövqeyini addım-addım möhkəmləndirir. Türkiyə Naxçıvana dəmiryolunun inşası haqda planını artıq bildirib. Dəmiryolunun inşası həmçinin Naxçıvan Muxtar Respublikasında Türkiyə nüfuzunun güclənməsində əlavə təkana çevriləcək. Uyğun olaraq, qeydə ala bilərik ki, Türkiyə amili Naxçıvan yönündə ilbəil getdikcə daha təsirli olur. Bununla belə, Ermənistan və Rusiya tərəflərinin bu məsələdəki mövqeləri və əlbəttə, Naxçıvan məsələsindəki problemi tənzimləməkdə əsas sənəd olan Qars müqaviləsi nəzərə alınmaqla hərbi bazanın mümkün inşası haqda qeyri-rəsmi məlumatları indiki anda gerçək saymazdım”.
O, əlavə edib: "Türkiyə mətbuatında dərc edilən məqalədə qeyd olunduğu kimi, Azərbaycan-Türkiyə münasibətləri nə qədər "sıx və tərəfdaş” sayılsa da, fərq etməz, Rusiyanın xüsusən də təhlükəsizlik sahəsində öz bölgəsəl maraqları var və Naxçıvanın türk "forpostu”na çevrilməsi prosesinə laqeyd olmayacaq”.
Tatev Ayrapetyan Naxçıvanda Türkiyə iştirakı bölgə, xüsusən də Ermənistan üçün hansı nəticələrə gətirə biləcəyi haqda sualı cavablandırıb: "Naxçıvanda zaman-zaman birgə hərbi təlimlər təşkil olunur ki, təbii, həmçinin Ermənistana təsir etmək məqsədi güdülür. Əslində, Türkiyənin Naxçıvanda nüfuzunun güclənməsi, habelə Azərbaycanın bu bölgədə bu yaxınlardakı hərbi fəallığı təşviş doğurur. Gərgin Ermənistan-Azərbaycan münasibətləri və Qarabağda hərbi əməliyyatların təzələnməsi təhlükəsi şəraitində Naxçıvanın yeni amilə çevrilməsi təhlükəlidir. Özü də belə bir cəhd hələ doxsanıncı illər müharibəsi vaxtı edilmişdi, amma Heydər Əliyevin özü – Azərbaycanın indiki prezidentinin o zaman NMR Ali Sovetinin sədri vəzifəsini tutan atası bu halda müharibənin bölgəsəlləşəcəyini və nəzarətdən çıxacağını anlayaraq hər şeyi etdi ki, bunun qarşısını alsın. Bu mənada marşal Yevgeni Şapoşnikovun bir zaman etdiyi qeyd də diqqətəlayiqdir: "Burada tərəflərdən biri cəlb edilsə, onda biz üçüncü dünya savaşının astanasında görünə bilərik”. Mən hesab edirəm ki, oğul İlham Əliyev özünün döyüşkən ritorikasına baxmayaraq, atasının bu məsələdəki siyasətindən uyğun nəticələr çıxartmalıdır”.
Azərbaycan üzrə mütəxəssisin sözlərinə görə, Naxçıvan amilinin hərbiləşdirilməsinin önlənməsi üçün inkişafı diqqətlə izləmək və hərbi, diplomatik və informasiya kanallarıyla daim iş aparmaq gərəkdir.
Tərcümə Strateq.az-ındır.