Şəhid ailələri qəbirlərin 2-ci Şəhidlər Xiyabanına köçürülməsini istəyir - VİDEOREPORTAJ


Sosial şəbəkələrdə şəhid məzarını su basması ilə bağlı yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb. Şəhid ailələri ilə görüş keçirilib, məsələnin həlli yolları axtarılıb.
Sozcu.info  xəbər verir ki, İctimai Televiziyanın əməkdaşları Ümumi şəhər qəbristanlığının Şəhidlər üçün ayrılmış guşəsində - Vətən müharibəsinin 17 Şəhidinin dəfn olunduğu ərazidə olub, şəhid ailələrini danışdııb, onların tələbləri ilə maraqlanıb.
Süjetdə qeyd olunub ki, burada dəfn olunanların ailə üzvləri şəhidlərin məzarının köçürülməsini tələb edirlər. Buna əsas kimi ərazinin şəhidlərin dəfni üçün uyğun olmadığı əsas göstərilir. Yəni, son vaxtlar gündəmdə olan sözügedən problemin mahiyyəti nə ərazinin bataqlıq, nə də səliqəsiz olmasındadır. Sadəcə Şəhid ailələri qəbirlərin 2-ci Şəhidlər Xiyabanına köçürülməsini istəyirlər. 
Mövzu ilə bağlı hazırlanan süjeti təqdim edirik: 
 
 



Oxşar Xəbərlər

Xəbər lenti