Prezidentliyə namizədlərin debatı: "Nazirlərin balaları milyard xərcləyir, icra başçıları isə..." - VİDEOLAR

Prezidentliyə namizədlərin debatı: "Nazirlərin balaları milyard xərcləyir, icra başçıları isə..." - VİDEOLAR

 

Prezidentliyə namizədlərin martın 21-də İTV-də baş tutan üçüncü teledebatında maraqlı ittihamlar səslənib.
Sozcu.info  xəbər verir ki, prezidentliyə namizəd Hafiz Hacıyev yenə də məmurları topa tutub.

O, nazirlərin, onların övladlarının xaricdə hansı pullarla mülk almalarını sual edib, eyni zamanda Goranboyun icra başçısını eyş-işrət həyat sürməkdə suçlayıb: "Hökumət üzvlərinin balaları xaricdə milyardlarla pul xərcləyir, kef çəkirlər. İş o yerı çatıb ki, rayonlarda icra başçılarının müavinləri də sakinləri insanları qəbul etmir...".

Hafiz Hacıyev "Qaçqınkom"un sədri Əli Həsənov, Hacıbala Abutalıbov, Hacı Allahşükür Paşazadə və digər yüksək çinli məmurlara qarşı da kəskin ittihamlar irəli sürüb.

Onunla yanaşı, ADP sədri Sərdar Cəlaloğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, deputat Zahid Orucda maraqlı çıxışlar ediblər.

Onların çıxışlarının əks olunduğu videoları təqdim edirik:





Oxşar Xəbərlər

Xəbər lenti