7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Yeni Zelandiyanın Darqvill şəhərində iki qozbel balina özünü sahilə atıb.
"Report" "Stuff" nəşrinə istinadən xəbər verir ki, hazırda insanlar onları xilas etməyə çalışırlar.
Şahidlərin sözlərinə görə, balinaların hər birinin uzunluğu 6 metrə çatır. Nəhəng dəniz məməlilərini ər və arvad sahildə gəzinti zamanı aşkar edib.
Qabarma zamanı onları xilas etmək mümkün olmayıb. Xilasetmə əməliyyatı avqustun 6-da davam etdiriləcək. Əməliyyata könüllülər, "Project Jonah" dəniz məməlilərinin xilas edilməsi təşkilatı və təbiətin mühafizəsi departamentinin əməkdaşları cəlb olunub.