XİN-dən deputatın "bəzi səfirliklər bağlanacaq" açıqlamasına REAKSİYA

XİN-dən deputatın "bəzi səfirliklər bağlanacaq" açıqlamasına REAKSİYA

 

Milli Məclisin deputatı Fəzail Ağamalı  2017-ci ilin büdcəsindən Xarici İşlər Nazirliyinə (XİN) ayrılacaq 220 milyon manatın kifayət qədər az olduğunu bildirib. O, həmçinin maliyyə çatışmazlığına görə, Azərbaycanın xaricdəki bəzi səfirliklərinin bağlanacağına da diqqət çəkib.

 

XİN mətbuat xidmətinin rəhbəri  Hikmət Hacıyev Modern.az-a açıqlamasında deputatın səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

"Birincisi, Milli Məclisdə aparılan müzakirələrlə əlaqədar onu qeyd edə bilərəm ki, millət vəkillərinin fikirlərinə hörmətlə yanaşırıq. Xarici İşlər Nazirliyi də icraedici hakimiyyətin nümayəndəsi kimi qanunverici hakimiyyət orqanının fikirlərinə çox hörmətlə yanaşır.

 

İkincisi, hal-hazırda xaricdəki diplomatik nümayəndəliklərin fəaliyyətinin effektivliyinin artırılması və optimallaşdırılması məsələsi müzakirə mövzusudur. Diplomatik nümayəndəliklərin bağlanması məsələsi müzakirə mövzusu deyil”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}