Məşhur meyxanaçı intihar edən bacısı oğlundan yazdı : “Bilsəydim ki, faciəvi şəkildə öləcəksən...” - FOTO

 

Hələ də yoxluğuna inana bilmirəm!

 

Sozcu.info  xəbər verir ki, bunu tanınmış meyxanaçı sosial media hesabında yazıb.

O, bacısı oğlu Şamxalla birlikdə foto paylaşaraq, onun ölümündən dərin sarsıntı keçirdiyini dilə gətirib:

"Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda şəhid olmağı arzu edərdim. Başımız sağ olsun. Amma inanma ki, dayın səndən sonra sağ olsun. Yoxluğuna hələ də inana bilmirəm”.

Qeyd edək ki, yanvarın 19-da 21 yaşlı Niftəliyev Şamxal yaşadığı evdə səhər saatlarında özünü asaraq, intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}