Sabah beş rayonda 24 minə yaxın abonent QAZSIZ QALACAQ


Salyan şəhəri, N.Babayev küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Sozcu.info xəbər verir ki, küçənin bir hissəsini təbii qazla təmin edən diametri 76 mm-lik qaz kəmərinin "Aşağı Muğan" Meliorativ Sistemlərinin istismarı idarəsinə məxsus N.Babayev küçəsinə xidmət edən ŞAK-13-1(Qol) kollektorunun lildən təmizlənməsi zamanı qazıntı işlərinə mane olan hissəsinin yerinin dəyişdirilməsi ilə əlaqədar 09.07.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri N.Babayev küçəsində (ümumi 155 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Şəki rayonunun Baltalı kəndində qaz təchizatında fasilə yaranacaq.

Sozcu.info xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsinin ərazisində Baltalıda ölçü qovşağının quraşdırılması məqsədi ilə 09.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Baltalı kəndi və Yeni Çələbixan qəsəbəsində cəmi 961 əhali və 4 qeyri-əhali abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Qəbələ rayonunun Mirzəbəyli kəndinin qaz təchizatında fasilə yaranacaq.

Sozcu.info  xəbər verir ki, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsinin ərazisində Mirzəbəyli kəndində ölçü qovşağının quraşdırılması məqsədi ilə 09.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək cəmi 656 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

9 iyul tarixində Sabirabadın altı kəndində qaz təchizatı dayandırılacaq.

Oxu.Az xəbər verir ki, diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli "Azadkənd-Salmanlı" və "Azadkənd-Cəngən" yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar 09.07.2025-ci il saat 10-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Sabah Balakən rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində 160 mm və 225 mm-lik yeraltı ortatəzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində 325 mm-lik ortatəzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 09.07.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan ortatəzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla, Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali abonenti və 258 qeyri-əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti