Bu gün, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Məlum olduğu kimi, iyulun 1-dən etibarən Azərbaycanda ailə münasibətlərinə dair mühüm bir hüquqi dəyişiklik qüvvəyə minib. Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklə əmi, xala, bibi və dayı uşaqlarının evlənməsinə rəsmi şəkildə qadağa qoyulub. Bu yeniliklə nikahın bağlanmasına mane olan hallar genişləndirilib və yaxın bioloji qohumluq əlaqələri olan şəxslər arasında evliliklərə hüquqi məhdudiyyətlər tətbiq olunub.
Sozcu.info xəbər verir ki, Vəkil Tural Həsənli e-huquq.az-a açıqlamasında deyib ki, qanun bu cür evlilikləri qadağan etsə də, əgər insanlar bu münasibətləri qeyri-rəsmi şəkildə (rəsmi nikah olmadan) yaşayırsa və hətta bu münasibətdən uşaq doğulursa, buna görə heç bir sanksiya, yəni cəza nəzərdə tutulmayıb. Bu isə cəmiyyətdə çaşqınlıq yaradır: əgər bu qadağandırsa, niyə cəza yoxdur?
T.Həsən misal olaraq bəzi Avropa ölkələrində hətta eyni cinsdən olan şəxslərin də evlənə bildiyini qeyd edib. O deyib ki, bir ölkədə nəyinsə qadağan olması onun mütləq şəkildə cəzalandırılmalı olduğu anlamına gəlmir: "Dövlət bioloji qohumların nikahına qanunla mane ola bilər, amma bu münasibətə görə insanlara cəza vermək düzgün deyil".