TƏBİB Xudatdakı yeganə xəstəxananı bağlayır, sakinlər etiraz edir - “XƏSTƏLƏRİMİZ YOLLARDA ÖLÜR...”

TƏBİB Xudatdakı yeganə xəstəxananı bağlayır, sakinlər etiraz edir

 

TƏBİB-in ölkədə icbari sığorta sisteminin tətbiqini bəhanə edərək  ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) Xaçmaz rayonunun Xudat qəsəbəsindəki xəstəxananın stasionar bölməsini bağlamaq barədə qərarı yerli sakinləri hiddətləndirib.

Sozcu.info  xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən yüzlərlə sakin qəsəbənin mərkəzinə toplaşaraq bu qərara etiraz ediblər.

Sakinlərin bildirdiyinə görə, xəstəxananın stasionar bölməsini bağlayırlar, ancaq ambulator və təcili yardım bölmələrini saxlayacaqlar. Bu isə 30 mindən çox əhalisi olan Xudat qəsəbəsinin elementar tibbi xidmət imkanlarından məhrum edilməsi deməkdir.

 

Xudat qəsəbəsindəki yeganə xəstəxana onsuz da köhnədir, zəruri tibbi avadanlıqlar çatışmır, 10-dan çox həkim yeri boşdur. Bir çox ixtisaslar üzrə həkimlər çatışmır. Nəticədə qəsəbədə xəstələnənlər Xaçmaz şəhərindəki Mərkəzi Xəstəxanaya üz tutmalı olurlar. Orada isə uzun növbələr yaranır.

"Hamilə gəlinimi rentgen müayinəsi üçün apardım, saatlarla gözləsəm də növbə çatmadı. Nəticədə məcbur olub 40 manat verdim, özəl xəstəxanada müaiyinədən keçirdim. İş yox, qazanc yox, haradan pul tapıb özəl xəstəxanalara verək? İndi də Xudatın yeganə xəstəxanasını bağlayırlar”,-sakinlərdən biri belə deyib.

Xəstəxana personalı, tibb bacıları isə xəstəxananın stasionar bölməsinin bağlanması nəticəsində 100-dən çox işçinin işsiz qalacağını deyiblər. Onların bildirdiyinə görə, 200-dən çox işçinin bir qisminə Xaçmazda iş təklif edilib, qalanlarının isə taleyi məlum deyil.

"Bu qəsəbənin 30 mindən çox sakini var. Xəstələrimiz hara müraciət edəcək? Xaçmaza , Bakıya aparana qədər xəstələrimiz yollarda ölür, onları heç olmasa kritik vəziyyətdən çıxarmaq üçün qəsəbədəki yeganə xəstəxananı saxlamaq lazımdır, amma bunlar bağlayırlar”,-etiraza toplaşan sakinlərdən biri deyib.

Baş həkim isə xəstəxananın bağlanacağı haqda deyilənləri əvvəlcə təkzib etmək istəyib, toplaşanların əslində deputatlığa 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizəd Sevil Mikayılova ilə görüşə gəldiyini deyib. Lakin sakinlər ona etiraz ediblər, baş həkimi "moşennik” adlandırıblar və onun Xudat xəstəxanası hesabına illərdir yaxşıca varlandığın deyiblər.

Deputatlığa namizədin sakinlərin probleminə reaksiyası da narazılıq doğurub. O, toplaşanları "dağılışmağa, yaxud namizədlə görüş üçün içəri daxil olmağa” çağırsa da sakinlər xanım Mikayılovaya etiraz edərək namizədi insanların probleminə laqyed yanaşmaqda günahlandırıblar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}