28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
11-03-2026, 17:52
10-03-2026, 11:35
Azərbaycan tarixinin ən faciəli və eyni zamanda yaddaşlarda silinməz iz qoymuş səhifələrindən biri olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü hər il dərin ehtiram və hüznlə anılır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində imzalanmış müvafiq sərəncama əsasən rəsmiləşdirilən bu anım günü, xalqımıza qarşı törədilmiş kütləvi qətliamların beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
1918-ci ilin mart-aprel aylarında baş verən qanlı hadisələr, Cənubi Qafqaz regionunda mürəkkəb geosiyasi proseslərin fonunda azərbaycanlılara qarşı həyata keçirilmiş məqsədyönlü zorakılıq aktları kimi tarixə düşmüşdür. Bu hadisələr yalnız bir xalqın deyil, bütövlükdə regionun taleyinə təsir göstərən faciəli proseslər kimi qiymətləndirilir.
Müasir dövrdə Azərbaycan dövləti, Prezident İlham Əliyev rəhbərliyi ilə tarixi həqiqətlərin qorunması, gələcək nəsillərə ötürülməsi və milli yaddaşın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu kontekstdə 31 Mart hadisələri yalnız keçmişin dərsi deyil, həm də dövlətçiliyin, milli həmrəyliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm ideoloji əsaslardan biri kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Gundelik.az xəbər portalına açıqlama verən Elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu, həmin dövrün tarixi-siyasi mahiyyətini, baş verən hadisələrin səbəblərini və bu faciələrin müasir Azərbaycan üçün yaratdığı nəticələri geniş şəkildə şərh edib.
Ziyalə Əhmədli