Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi hücumların ilk altı günündə əməliyyatların dəyərinin 11,3 milyard dolları keçdiyi bildirilir.
Məlumatı "The New York Times" nəşri üç mənbəyə istinadən yayıb.
Xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentagon) rəsmiləri ABŞ Konqresi üzvlərinə keçirdikləri brifinqdə İrana qarşı hücumların maliyyə dəyəri barədə məlumat veriblər.
İddia olunur ki, rəsmilər Konqres üzvlərinə fevralın 28-də başlayan hücumların ilk altı günündə xərclərin 11,3 milyard dollardan çox olduğunu bildiriblər. Nəşr yazır ki, bu rəqəm Konqresə təqdim olunan ən geniş maliyyə qiymətləndirmələrindən biridir.
Bununla yanaşı, hesablamaya hücumdan əvvəl bölgəyə yerləşdirilən hərbi qüvvələrin, eləcə də şəxsi heyət və texnikanın daşınması xərclərinin daxil edilmədiyi qeyd olunur. Bu səbəbdən ümumi xərclərin yaxın dövrdə daha da artacağı ehtimal edilir.