İranda rekord səfərbərlik: 7 milyon nəfər müharibəyə könüllü yazıldı


ABŞ və İsrailin İrana qarşı bir aydan artıqdır davam edən hərbi əməliyyatları fonunda ölkədə diqqətçəkən proses baş verib.

Sozcu.info xəbər verir ki, “Can Fəda” adlı platforma üzərindən İranın müdafiəsi üçün könüllü səfərbərlik elan olunub.

Məlumata görə, artıq 7 milyondan çox şəxs könüllü şəkildə qeydiyyatdan keçərək müharibəyə qoşulmaq istədiyini bildirib. Bu göstərici son illər üçün rekord sayılır və ölkə daxilində geniş səfərbərlik ab-havasının formalaşdığını göstərir.

Bildirilir ki, qeydiyyatdan keçənlər müxtəlif yaş və peşə qruplarını əhatə edir. Platforma vasitəsilə könüllülərin həm hərbi, həm də logistik və dəstək sahələrində cəlb olunması planlaşdırılır.

 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti