8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Son həftənin bütün manşetləri İstanbul seçkilərinin təkrar keçirilməsi, S-400-lərin təslim edilməsi, ardınca gələn S-500 layihəsi və NATO-Qərb-Türkiyə münasibətlərilə bağlıdır. Hər kəs bu məsələlərdən danışmaqdadır. Təbii, bir də Qərbin iqtisadi baxımdan ölkəmizi sıxışdırmasını unutmayaq.
Türkiyə öz marşurutu ilə irəliləmək istədiyi an üzərinə gəlməkdə, gəlmək üçün əllərindən gələni etməkdədirlər.
Bundan nə qədər öncə yazdığımı bilmirəm. Önəmli də deyil. Ancaq Kipr və Şərqi Aralıq dənizisadəcə bizim üçün deyil, bütün böyük oyunçular üçün önəmlidir, "olmazsa, olmaz”dır.
Qarşıdakı günlərdə gərginliyin yüksələcəyi yer Kipr olacaq. Ötən aylarda bir günlüyünə Kiprə getmişdim. Orada qəribə əlaqələr, qəribə hərəkətlilik müşahidə etmişdim. Qərbin böyük oyunçularının səfirləri oralarda at oynadırdı. Yəni, bir gündə baş verənlər belə, bir hazırlığa işarə edirdi.
Nə isə. Bir az açaq məsələni. Birləşmiş Kipr Dövləti məsələsini…
Bu ad ilk dəfə ötən il "Center for Strategic and International Research” ("Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi” – tərc.) adlı düşüncə qurumunun bir hesabatında dilə gətirildi. Aralıq dənizindəki ən önəmli torpaq parçası olan və bu gün baş tutmayan ikidövlətli həll prosesinin obyekti kimi baxılan Kipr adası ilə bağlı "Birləşmiş dövlət” qərarı verildi. Yəni, masanı quranlar belə düşünür. Bunun üçün start verildi. Şimali Kipr və Cənubi Kiprdəki təhsil qurumları bu məsələ ilə bağlı hazırlandı. Növbəti təhsil dövrü başlayan andan etibarən Kiprin hər iki tərəfində də tələbə hərəkatlarını, ciddi aksiyaları görəcəyik. "Birləşmiş Kipr” fikrini müdafiə edən gənclər siyasətçiləri yönləndirəcək. Bunun sayəsində Vaşinqton Aralıq dənizinin ən böyük gücü olmaq istəyəcək. Plan budur.
Bu gün dövlət kimi tanınmayan Şimali Kipr Vaşinqton tərəfindən dirçəldiləcək. Vaşinqton, "Birləşmiş Kipr” yaradıldıqdan sonra şimal tərəfə 240 milyard dollar sərmayə qoyacaq. Bu Şimalın güclənməsini və "Birləşmiş Kipr” olaraq BMT-yə üzv dövlətlər tərəfindən tanınmasını təmin edəcək.
Buralarda haqqında çox danışılmayan bu ssenarini bir çox şəxs satın aldı. Şimali Kiprdəki siyasətçilərin önəmli əksəriyyəti Vaşinqtonun təklifini qəbul etdi.
Yaxşı, bəs bu, nə anlama gəlir? Bu planın həyata keçməsi asan olmasa da, yaranmış durum bizə sıxıntı verər.
Türkiyə Kiprin açıq sularında olan neft və təbii qaz zənginliyini heç kimə buraxmayacağını bütün dünyaya elan etdi. Orada böyük zənginlik yatır. Arxamızı çevirib gedəcək halımız yoxdur. Vaşinqton da bu durumdan çıxış yollarını "Birləşmiş Kipr” vasitəsilə axtarmaqdadır.
Hazırda "Forbes”in siyahısında yer tutan 11 amerikalı iş adamı həftələr öncə onlara verilən təklifləri dəyərləndirməyi başa çatdırdı. ABŞ "dərin dövlət”i bu iş adamlarına Cənubi Avropa, Afrika və Orta Şərqdəki mərkəzlərini Şimali və ya Cənubi Kiprə daşımağı təklif etdi. 11 iş adamı da bu təklifi qəbul etdi.
ABŞ dövləti təmin edəcəyi özəl maliyyələşdirmələrlə bu şirkətlərin bütün itkilərini qarşılayacağına da söz verdi. İnformasiya texnologiyalarından enerjiyə, maliyyədən sağlamlıq sektorunadək, bütün ABŞ şirkətləri Kipr adasına getməyə hazırdır.
Ancaq cavab verə bilmədikləri bir sual vardır: "Türkiyə bu məsələ ilə bağlı necə addım ata bilər?”
Bu sualın elə bir cavabı yoxdur. Türkiyənin Şimali Kiprdə hərbi iştirakı mövcuddur. Donanmamız oradadır. Sərhəddimiz orada. Tariximiz orada. S-400-lər gələrsə, onlar da orada olacaq.
Bu durum "Birləşmiş Kipr”in önündəki ən böyük əngəldir. Vaşinqtonun buna qarşı necə bir plan hazırlaması haqqında açıq məlumat yoxdur. Ancaq sızıntılara görə, önəmli bir plan üzərində iş gedir.
Türk hərbçiləri orada olduğu müddətcə, addım ata bilməzlər. Heç kim ata bilməz. "Birləşmiş Kipr” də elə masada qalar.
Vaşinqton Türkiyə ilə bu məsələdə anlaşmaq istəsə də, bu fikir ilk gündən etibarən kağız üzərində qaldı. Kiçik dilimi Türkiyəyə verərək, anlaşma əldə edilə bilməyəcəyini ən yaxşı ABŞ bilirdi.
Türkiyəsiz bir həll variantı istəyən Vaşinqtona qarşı çoxsəsli bir Avropa Birliyi (AB) reaksiyası da yoxdur. AB də əslində "Birləşmiş Kipr” istəyir. Lakin, təbii, Vaşinqtonda planlaşdırılan bir Birləşmiş Kipr Dövləti deyil.
ABŞ-ın Orta Şərq və Afrika planlarının hamısının mərkəzində Kipr yatmaqdadır. Kiprin, yerləşdiyi Aralıq dənizinin yeraltı zənginliklərindən başqa, çox önəmli geostrateji mövqeyi də ortadadır. Sanki Aralıq dənizinin ən böyük "təyyarə gəmisi”dir.
Bu günlərdə ABŞ-da Kipr yenə də masadadır. Gündəliyin ilk maddəsidir. Vaşinqton da Aralıq dənizində bir "isti həmlə” etmək niyyətindədir. Bu, Türkiyəyə qarşı həmləmi, yoxsa başqa bir qüvvəyə qarşı güc nümayişimi olacaq? Elə bu da qarşıdakı günlərdə "Center for Strategic andInternational Research”də keçiriləcək toplantılarda dəqiqləşəcək.
Vaşinqton Kiprdə olmaq istəyir. Həm də böyük israrla. Əlbəttə, öz maraqları üçün.
Biz də elə ötən həftə donanmamızla lazım olan mesajı lazımi ünvanlara verdik. Ancaq unutmayaq ki, Kipr gələcək 100 ilin düyün nöqtəsidir. Bu səbəblə, Ankara Aralıq dənizindəki təhlükəni də, Qərbin iştahasını da görür və nəzərə alır.
Türkiyənin, Qərb və NATO ilə arasına məsafə qoyduğu bir vaxtda, S-400 planını işə salmaq istəməsi də anlamlıdır. Hər kəs öz marağı üçün addım atır. Türkiyə isə böyük addımlarla yürüyür. Qısır mübahisələrdən, siyasi çəkişmələrdən uzaqlaşıb baxdıqda, bu, ortada açıq görünür. Xaricdə bunlar haqqında yazılır, danışılır. Bunların daxildə də daha tez-tez müzakirə edilməsi lazımdır. Təhlükənin harada olduğu bilinsə, yaxşı olar.