VÜQAR MƏMMƏDOVUN SAĞLIQ DURUMUNDA PROBLEM YARANDI – Məhkəmədə halı pisləşdi, qaytarmağa başladı


Xəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirilib. Prosesdə baş redaktorun vəkili Aqil Layıcın səhhəti ilə əlaqədar Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə baxılıb.

Hurriyyet.az-a açıqlama verən vəkil Aqil Layıc bildirir ki, məhkəmə prosesi zamanı Vüqar Məmmədovun sağlı durumunda ciddi problem yaranıb.

Belə ki, baş redaktorun ürək ağrıları güclənib, təzyiqinin düşməsi səbəbindən davamlı qaytarıb.

Aqil Layıc V.Məmmədovun səhhətinin kəskin pisləşməsinə baxmayaraq, hakim Ülviyyə Şükürovanın onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini qəbul etməməsini ədalətsiz qərar hesab edir.

Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Noyabrın 7-də isə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti