8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naira Ayrumyan
"Lragir.am”, Ermənistan, 15 oktyabr 2019-cu il
Türkiyə qoşunları Suriyada əməliyyat keçirdiyi bir vaxtda türk ölkələrinin prezidentləri Bakıda qardaşlaşırlar. Hərbi əməliyyatların qızğın dövründə, ABŞ-ın türk bürokratlarına qarşı sanksiyalar tətbiq etdiyi, Çin, AB və digər ölkələrin atəşkəs tələb etdiyi bir vaxtda Ərdoğan Əliyevlə danışıq aparmaq üçün Bakıya gəldi.
Türkiyəni yalnız üç dövlət – Azərbaycan, Qətər və Pakistan dəstəklədi. Cavabında, Türkiyə Xarici işlər naziri Çavuşoğlu yenidən Qarabağın işğal olunmasını xatırladı. Əliyev, Zəngəzurun Ermənistana verilməsinin "türk dünyasını parçalaması” barədə danışdı. Ərdoğan isə "Azərbaycanın ərazi bütövlüyü”nün bərpa olunmasına kömək edəcəyinə söz verdi.
Bakıda ilhamlanıblar və orada döyüşkən əhvali-ruhiyyə yüksəlir – tezliklə türk əməliyyatının Qarabağda davam etdirilməsi barədə danışırlar.
Yada salaq ki, son on illikdə Azərbaycanda belə əhvali-ruhiyyə, ən azı, iki dəfə olub. 2008-ci ildə Gürcüstan Abxaziyanı qaytarmağa cəhd edərkən, Azərbaycanda səbirsizliklə "Gürcüstanın ərazi bütövlüyü”nün bərpa olunmasını gözləyirdilər. Azərbaycan qoşunlarının Qarabağ sərhədlərinə doğru hərəkət etməsi, Gürcüstanın rus qoşunlarının Ermənistana gedən yolunu kəsməsi halında, ordunun müdaxiləyə hazır olması haqqında danışırdılar. Eyni gözləntilər 2014-cü ildə, Rusiya Krımı ilhaq edərkən də vardı. Bakıda gözləyirdilər ki, Ukrayna bugün-sabah Moskva ilə müharibəyə girəcək.
Lakin hər dəfə Azərbaycan sakitcə silahı buraxmalı və dünyada oyun qaydalarının necə dəyişdiyini müşahidə etməli olur.Sergey Lavrov deyir ki, hazırda heç bir oyun qaydası yoxdur, ancaq o, bir az hiyləgərlik edir, çünki oyun qaydaları hər zaman vardır. Onları Donald Tramp səsləndirdi: reallıqların tanınması.
İndi Bakı ümidini Türkiyənin Suriya əməliyyatına bağlayıb. Bakıda Türkiyədən nə gözləyirlər? Faktiki, Ankaranın əməliyyatı Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasına, Yaxın Şərqdə kürd dövlətinin yaranmasının və yüzillik sərhədlərin dağılmasının qarşısının alınmasına yönəlib.
Əgər Türkiyə Suriyanın sərhədlərini "müdafiə etmə”yə nail olacaqsa, o, sonra yad ölkəni tərk etməyə məcbur olacaq və məlum deyil ki, bu, Ərdoğanın reytinqinə necə təsir edəcək. Əgər Türkiyə öz məqsədinə nail ola bilməyəcəksə, əgər sərhədlər pozulacaqsa, regional sərhədlərin dağılmasının sarsıntıları, həqiqətən, Qarbağadək gəlib çatacaq.
Politoloq Levon Şirinyan deyir ki, regional münaqişə şəraitində Ermənistan proaktiv olmalı, Kürədək irəliləmək və təbii erməni sərhədlərini (mətndə belə gedib – tərc.) bərpa etmək haqqında düşünməlidir. Görünür, Əliyev bundan qorxur, buna görə də Suriyanın ərazi bütövlüyünün qorunması üçün Ərdoğana kömək edir.
Tərcümə Strateq.az-ındır