8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla bu qurumun sabiq rəhbəri Arif Əsgərovun ailə üzvlərinin ortaq bizneslərinin mövcudluğu ölkənin ən starteji təsistalarından biri olan dəmir yollarını iki ailənin inhisarına verilməsi təəssüratını yaradır.
Rəsmi mənbələr də təsdiqləyir ki, Cavid Qurbanov bu ilin aprelində Qafarovu Dəllər stansiyasının rəisi vəzifəsindən azad edərək, həmin posta Arif Əsgərovun üç il əvvəl adam güllələyən qardaşı Əli Əsgərovu təyin edib.
Qeyd edək ki, 31 iyul 2013-cü ildə, o zaman "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olan Arif Əsgərovun Tovuz rayonunda dövlət dəmiryol stansiyasının rəisi olan qardaşı Əli Əsgərovun bir şəxsi güllələdiyi və bu zaman sərxoş vəziyyətdə olması haqqında məlumat yayılmışdı.
Həmin məlumat mətbuatda dərc olunduqdan sonra Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı araşdırma apardığı, Arif Əsgərovun isə qardaşı Əli Əsgərovu stansiya rəisi vəsifəsindən azad etməsi barədə xəbərlər yayıldı. İndi belə anlaşılır ki, həmin məlumatlar cəmiyyətin diqqətini yayındırmaq və hadisəni ört-basdır etmək üçün əlverişli imkan qazanmaq məqsədi daşıyırmış.
İndi isə Cavid Qurbanov, sərxoş vəziyyətdə adam güllələməsi ilə bağlı haqqında məlumat yayılan bir şəxsi dəmir yolunun Qərb istiqamətində əsas stansiyalardan birinə rəis təyin edib. Eyni zamanda Cavid Qurbanov Əli Əsgərovun Qovlar stansiyasındakı, Vağzal küçəsindəki bir neçə tikilini necə özəlləşdirdiyini də araşdırmaq istəməyib. Bu iki fakt, ölkənin ən strateji obyektlərindən olan dəmir yollarının iki ailənin inhisarına verilməsi haqqındakı təəssüratların əsassız olmadığını göstərir.
Yeri gəlmişkən onu da qeyd edək ki, Qovlar şəhər sakinləri həmin Vağzal küçəsində başqa bir obyektin - "Toğrul" Ticarət Mərkəzinin Arif Əsgərovun ailə üzvülərinə məxsus olduğunu bildirirlər. Qovlar şəhərində olan əməkdaşımıza bu barədə yerli sakinlər məlumat veriblər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun Azərbaycanın İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində işləyən oğlu Şəmşir Şəmşirlinin sahibkarlıq faəliyyəti ciddi qanun pozuntusu olduğu kimi, bu qanunsuz biznesin özü də haram pullar üzərində qurulub.
Bizi bu qənaətə gəlməyə vadar edən məqamları oxucuların müzakirəsinə təqdim edirik.
Bakı şəhər sakini Emil Məmmədov 18 mart 2016-cı ildə prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət edərək Elnar Arif oğlu Əsgərov və onun xalası oğlu Emin İsmayıl oğlu Hüseynovun dələduzluq əməlindən şikayət edib.
E.Məmmədov ərizəsində yazır ki, E.Əsgərov və E.Hüseynov ortaq biznes adı ilə ondan aldıqları 3,2 milyon ABŞ dollarının 700 minini qaytarsalar da, 2,5 milyon dollarını qaytarmaq istəmirlər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin o zamn sədri olan Arif Əsgərovun oğlu və baldızının övladı bu pulları E.Məmmədovdan dəmir yollarının ehtiyacı olan materialın alınması ilə bağlı Elnar Əsgərovun şirkətlərinin qalib olduğu tenderləri maliyyələşdirmək adı altında alıblar və qazanca ortaqlıq vəd ediblər. Sonradan həmin pulun 700 minini Elnar Əsgərov şəxsən Emil Məmmədova qaytarsa da, 2,5 milyonunu qaytarmaqdan yayınıb. Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin edildikdən sonra isə, Elnar Əsgərov Emil Məmmədova deyib ki, pulunu vermirəm, get, kimə istəyirsən, de.
Emin Hüseynov isə Emil Məmmədovla söhbətində bildirib ki, ondan alınan pulları xalası Balaxatın Məmmədovaya veriblər. Sonrakı araşdırmalar nəticəsində E.Məmmədovdan dələduzluq yolu ilə alınan pulların "Araz ltd" MMC-nin biznes şəbəkəsinin genişləndirilməsinə sərf edildiyi qənaəti yaranıb. İndi belə çıxır ki, Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında təmsil edən və İstanbuldakı konsulluğumuzda 3-cü katib işləyən Şəmşir Şəmşirlinin 32 fazilik paya sahib olduğu "Araz ltd"-nin maddi bazası dələduzluq yolu ilə qazanılan pullar hesabına yaradılıb.
Onu da nəzərə almaq lazımdır ki, bu, Elnar Əsgərova qarşı ilk dələduzluq ittihamı deyil. Milli Məclisin vitse-spikeri olmuş mərhum Zakir Zeynalovun həyat yoldaşı Çimnaz Zeynalovanın da prezident İlham Əliyev başda olmaqla rəsmi şəxslərə ünvanladığı məktubda Arif Əsgərovun oğlu Elnar Əsgərovun dələduzluq əməlləri geniş qeyd olunub.
Çimnaz xanım müraciətində yazırdı ki, evlərini satıb başqa bir ev almaq istəyiblər. Ancaq Elnar Əsgərov mərhum vitse-spikerin oğlu Adili inandırıb ki, əlverişli biznes imkanı var, yaxşı pul qazan, evi sonra al. Buna görə də, Adil Zeynalov ailələrinə məxsus pulu Elnara verib. Bir müddət sonra Elnar Əsgərov həmin pulu qaytarmaqdan imtina edib.
Ç.Zeynalova ərizəsində mərhum həyat yoldaşının dövlət və mövcud hakimiyyət qarşısında xidmətlərini xatırladaraq kömək istəyib.
Məlumata görə, mərhum vitse-spikerin ailəsinin üzləşdiyi bu problemi fövqəladə hallar naziri Kəmaləddin Heydərov həll edib.
Məlumatda bildirilir ki, əslən Tovuz rayonundan olan nüfuzlu ziyalılardan biri mərhum vitse-spikerin ailəsinin başına gələnləri "fövqəlnazir"ə bildirib və problemin həllinə kömək göstərməyi xahiş edib.
Qeyd edək, mərhum vitse-spikerlə Kəmaləddin Heydərovun deputat olan atası Fəttah Heydərovun arasında səmimi münasibətlər olub və görünür, bu amil də nüfuzlu ziyalının xahişi ilə yanaşı "fövqəlnazir"i məsələyə müdaxilə etmək məcburiyyətində qoyub.
Məlumata görə, K.Heydərovun A.Əsgərovla bu mövzuda söhbəti sərt olub və bundan sonra Zeynalovlar ailəsinin pulu son qəpiyinə kimi qaytarılıb.
Onu da qeyd edək ki, bu olay Elnar Əsgərovun adının hallandığı ilk dələduzluq hadisəsi deyil. Onun adı bundan əvvəl daha böyük dələduzluq əməlində - 50 sahibkarın 70 milyon manatını "Azərbaycan Dəmir Yolları" QSC-nin marketinq şöbəsinin müdiri olan xalası oğlu Rahib Hüseynovun vasitəsilə mənimsəməkdə hallanırdı.
Qeyd edilirdi ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində meydana çıxan bu şok olayın müsbət həll olunmasına, yəni zərərçəkənlərin pullarının geri qaytarılmasına xarici diplomatlardan birinin dövlət başçısına müraciəti təsir edib.
Çox maraqlıdır ki, E.Əsgərovun adı bir neçə dəfə iri məbləğli dələduzluq əməlində çəkilsə də, hüquq-mühafizə orqanları onu cinayətə cəlb etməyiblər. Bu isə sıradan bir məmur oğlunun qanunlardan üstün olması və hüquq-mühafizə orqanlarının məmur övladlarına qarşı gücsüz olması təəssüratını yaradır. Əlbəttə ki, belə olduqda, Cavid Qurbanovun diplomat oğlunun da Elnar Əsgərovun anası Balaxatın Məmmədova ilə ortaqlığı təəccüblü görünməməlidir.
Şəmşir Şəmşirlinin isə adları bir neçə dəfə dələduzluq əməlində hallanmış Elnar Əsgərov, Emin və Rahib Hüseynov qardaşları ilə çox yaxın münasibətlərinin olması haqqında məlumatlar var. Məlumatlı şəxs Şəmşirlinin diplomatik fəaliyyətə başlamazdan öncə tez-tez Elnar Əsgərovla birlikdə Rahib Hüseynovun bağında təşkil olunan ziyafətlərdə və gecələrdə göründüyünü bildirir. Beləliklə, Şəmşirlinin "Araz ltd" MMC-dəki ortaqlığı yalnız C.Qurbanovla A.Əsgərov arasındakı işbirliyinin nəticəsi deyil.
İndi isə ölkənin ayrı-ayrı bölgələrindən vətəndaşlar xarici işlər naziri Elmar Məmmədyarova müraciət edərək Ş.Şəmşirlinin diplomatik fəaliyyətinin hazırkı vəziyyətdə yolverilməzliyinə münsibət bildirməsini istəyirlər.(Reyting.az)