Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ORDUMUZ VURUR, DİPLOMATİYAMIZ İRƏLİLƏYİR!
– Cəmi 3 gündür davam edən döyüşlər bizə nə qazandırdı?
Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad olunması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatı uğurla davam edir. Cəbhədən gələn xəbərlərə görə, yaşayış məntəqələri, strateji yüksəkliklər düşməndən geri alınıb. Ermənistan ordusu minlərlə canlı qüvvə və yüzlərlə hərbi texnika itirib, şəxsi heyəti sarsılmış durumdadır. Bu itkilər erməni cəmiyyətində təşviş, həyəcan yaradıb. Rusiya mediasının yaydığı məlumata görə, artıq Xankəndində məskunlaşdırılan ermənilər sürətlə şəhəri tərk edirlər.
Cəmi 3 gün ərzində Ordumuzun cəbhədəki naliyyətləri Azərbaycanın diplomatik-siyasi cəbhədə də əlini gücləndirib. Rəsmi Bakı proseslərin gedişi ilə bağlı həyata keçirdiyi bütün təmaslarda işğalçı ordunun Azərbaycan ərazilərindən dərhal çıxarılmasını, Silahlı Qüvvələrin apardığı əməliyyatın tamamilə beynəlxalq hüquq çərçivəsində olduğunu bəyan edir. Ölkənin haqlı mövqeyi beynəlxaq ictimaiyyətdə manesiz olaraq qəbul edilir.
Azərbaycanın 3 günlük döyüşdən sonra əldə etdiyi üstünlükləri şərti olaraq belə sıralamaq olar:
Əvvala,
Qarabağda gedən əməliyyatlar dünya mediasında geniş şəkildə işıqlandırılır. Bu zaman Azərbaycan Ordusunun uğurları qeyd olunmaqla yanaşı münaqişənin tarixi, Ermənistanın həyata keçirdiyi işğal faktı ilə beynəlxalq hüquq normalarını açıq şəkildə pozduğu qeyd olunur. Bu, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əvəzsiz imkandır.
İkincisi,
25 ildən artıqdır dondurulan münaqişənin yenidən beynəlxalq diqqətə qayıtması Azərbaycan üçün yeni imkanlar açır. Çünki beynəlxaq hüquq birmənalı şəkildə bizim tərəfimizdədir, 90-cı illərin hərbi-siyasi konyukturasına uyğun olan status-kvonun saxlanılması Bakı üçün qəbuledilməzdir. Ermənistanın bütün cəhdləri onun saxlanılmasına, legitimləşdirilməsinə yönəlib. Hərbi əməliyyatların yenidən başlaması Azərbaycanın mövcud vəziyyətlə heç bir şəkildə barışmayacağını ortaya qoyur və dünyanı bu reallıqla hesablaşmağa vadar edir.
Üçüncü mühüm bir amil
Ermənistanın Qərb dövlətlərində, eləcə də Rusiya ictimai fikrində əldə etdiyi üstünlüklərin sürətlə dağılmasıdır. Bu gün Fransada, Almaniyada, Şərqi Avropa ölkələrində, Rusiyada hökumət təmsilçiləri, parlament üzvləri, ictimai liderlər Ermənistanın təcavüzkar siyasəti barədə danışmağa başlayıblar. Paşinyan hakimiyyətinin son bir ildə həm Qarabağda, həm də işğal olunmuş ərazilərdə apardığı məskunlaşma, ilhaq siyasətinin bugünki sonuclara gətirib çıxardığı xüsusi ilə vurğulanır. Rusiyada aparılan müzakirələr bu baxımdan daha maraqlıdır. Qarabağdakı əməliyyatlara həsr olunan debatlarda Rusiyanın 30 il ərzində münaqişəni həll edə bilmədiyi vurğulanır. Türkiyənin proseslərə müdaxiləsinin yeni situasiya, münaqişə ətrafında dinamizm yaratdığı qeyd olunur.
Dördüncü amil
Ermənistanın daxilində yaranmış yeni situasiyadır
. Məlumdur ki, Müdafiə Nazirliyi cəbhədə itridyi əraziləri, canlı qüvvəni, hərbi texnikanı ictimaiyyətdən gizlədə bilmir. Ölkədə sosial media bloklansa da, cəmiyyət texniki imkanlarla baş verənlərdən xəbər tuta bilir. Qeyd etmək lazımdır ki, bu zaman Azərbaycan mediasının yaydığı obyektiv xəbərlər erməni cəmiyyəti üçün qiymətli informasiyalar hesab olunur.
İtkilərin artması cəmiyyətdəki narazılıqları permanent olaraq körükləyir və ictimai dayaqları zəifləmədə olan Paşinyan iqtidarı üçün arzuolunmaz situasiya yaradır. Təsadüfi deyil ki, müharibənin başladığı ilk gündən baş nazir Rusiya və Avropa ölkələrinin liderləri ilə təcili telefon əlaqəsi yaradaraq, onları döyüşlərin dayandırılması üçün Azərbaycana təzyiq göstərməyə çağırır.
Bu faktor da erməni ictimaiyyətinin diqqətindən yayınmır, narahatlığı getdikcə artırır. Müharibə uzanarsa, ölkənin hərbi, iqtisadi imkanlarının yetərsiz olması, üstəlik, Azərbaycanın qat-qat artıq gücə malik olması təşviş doğurur.
Beşinci amil
kənardan möhkəm görünən Ermənistan-Rusiya hərbi ittifaqının ilk sınaqdan çıxa bilməməsidir.
Məlumdur ki, inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan iqtidarı ilə Moskva arasında ciddi problemlər mövcuddur.
Ermənistanda baş verən hakimiyyət dəyişikliyini öz maraqlarına təhlükə sayan Kreml, "inqliabçı lideri" neytrallaşdırmaq üçün fürsət axtarır. Doğrudur, Rusiya Ermənistana hərbi-siyasi dəstək verir, bununla belə Paşinyanın fürsət düşdükcə Moskvanın ayağını tapdalamasını da unutmur
. Bu faktor da Ermənistan cəmiyyətindəki narahatlığı daha da artırır. İctimai rəydə bu fikir getdikcə möhkəmlənir ki, Rusiya Paşinyanı cəzalandırmaq üçün onu Azərbaycanın ciddi hərbi zərbələri qarşısında həlledici köməkdən məhrum edib.
Altıncı amil amil
Azərbaycanın daxili vəziyyəti ilə bağlıdır.
Ölkədə böyük bir coşğu yaşanır, bütün problemlər arxaya atılıb, əksər siyasi qüvvələr dövlətə və orduya tam dəstək nümayiş etdirir. Minlərlə gənc könüllü döyüşmək üçün hərbi qeydiyyata düşür, cəbhədə əldə olunan uğurlar ölkədə böyük sevinclə qarşılanır. Qısa müddətdə əldə olunan milli həmrəylik, birlik, Azərbaycanın tezliklə işğalda olan bütün torpaqları geri qaytaracağına yaranan inam olduqca mühüm əhəmiyyətə malikdir. Çünki düşmən və onun havadarlarının hər hansı formada daxildə təxribatlar yaratmaq, arxadan zərbə vurmaq planları üçün heç bir şərait yoxdur. Təbii ki, Azərbaycan cəmiyyətinin birliyi düşmənin diqqətindən yayınmır və onun məyusluğunu artırır.
Nəhayət,
Azərbaycan-Türkiyə ittifaqının dərinləşməsi, möhkəmlənməsi də cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır
. Azərbaycan xalqı özünü tənha hiss etmir, qardaş ölkədən aldığı güclü mənəvi, siyasi dəstək onun döyüş əzmini, qələbəyə inamını daha da artırır.
Yekunda qeyd etmək olar ki, Azərbaycan işğalda olan torpaqlarını azad etmək üçün düzgün zaman seçib. Qələbə üçün sərf olunacaq bütün qüvvələr əvvəldən hesablanıb, həm daxildə, həm xaricdə həyata keçiriləcək tədbirlər müəyyən edilib. İstər region ölkələrinin, istərsə də beynəlxalq təşkilatların hərbi əməliyyatlara reaksiyası düzgün proqnozlaşdırılıb. Türkiyənin mühüm siyasi, mənəvi dəstəyinin ölkənin imkanları ilə birləşdirilməsi də Azərbaycanın qüdrətini və qələbə əzmini artırır.
Elçin Rüstəmli
"AzPolitika.info"
Oxşar Xəbərlər
Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
"Əgər Ermənistan yenidən təxribatlara əl atarsa..." - MN-dən xəbərdarlıq
"Madagizdəki Ermənistan əsgərləri döyüşə girməkdən imtina edir və qaçırlar" - Müdafiə Nazirliyi
Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib
Xəbər lenti
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə