İraqdakı İŞİD ailələri düşərgəsindən reportaj – ARALARINDA AZƏRBAYCANLILAR DA VAR - VİDEO

"Russia Today” (RT) saytının əməkdaşları İraqın İŞİD-dən təmizlənmiş Mosul şəhərində İŞİD terrorçularının ailələrinin saxlanıldığı düşərgədə olublar. Müəlliflər yazılar:  "Sayları 1400 nəfərdən artıq olan qadın və uşaqların saxlanıldıqları düşərgədəki insanların əksəriyyəti Türkiyədəndir. Lakin qadınların çoxları Yaxın Şərqə Rusiyadan və keçmiş İttifaq ölkələrindən  — Ukraynadan, Tacikistandan, Azərbaycandan gəliblər. Onlar Suriya və İraqda terrorçuların tərəfində döyüşən ərlərinin ardınca gəliblər.

Bəziləri qorxur və vətənə qayıtmaq istəyirlər, başqaları isə harada olduqlarını belə başa düşmürlər və "yaraqlılar”ın əllərinə verilməkdən qorxurlar. Uşaqların gələcəyi də başqa bir ciddi problemdir – onlardan bəziləri müharibə vaxtı doğulub, bəziləri isə elə bu müharibədə yetim qalıb. Onlar bəzən öz adlarını da deyə bilmirlər.

İŞİD terrorçuları Suriya və İraqda ardıcıl  məğlubiyyətlərə uğrayırlar – Mosul azad edilib, Deyr-əz-Zorun üçillik blokadası yarılıb, Rakka əməliyyatı davam edir. Bununla birlikdə, həm yerli sakinlərin, həm də bu müharibənin məcburi iştirakçılarının – İŞİD terrorçularının qadın və uşaqlarının humanitar problemləri ön plana çıxır.

İraqın hökumət qüvvələrinin və koalisiya güclərinin avqustda azad edilmiş Mosul şəhərinin 50 km qərbindəki Telaferdə keçirdikləri əməliyyat nəticəsində bir çox terrorçular və yüzlərlə işidçi ailəsi kürd peşmərgə qüvvələrinə təslim olublar”.

Minlərləsi öldürülən, sağ qalanların isə gizli həbsxanalarda saxlanıldıqları terrorçuların birinin həyat yoldaşı bu ərlərinə görə gəldiklərini deyib: "Əksəriyyətimiz bura ərlərimiz ilə birlikdə gəldik. Buraya müharibə eləmək və ya öldürmək üçün yox, yaşamaq üçün gəldik”.

Bir başqa İŞİD gəlini isə RT müxbiri Murad Qadziyevə İŞİD ərazisinə düşənlərin geriyə qayıda bilmədiyini deyib: "Ana, evə istəyirəm!” Mən təsadüfən buraya düşdüm. Buradan getmək heç cür mümkün olmadı. Dəfələrlə qaçmağa çalışdım, alınmadı”.

İŞİD terror təşkilatının İraqda kökü kəsilməkdədir. Xəlifəlik elan elədiyi torpaqları sürətlə itirən təşkilatın minlərlə üzvü öldürülüb, yüzlərlə üzvü isə gizlik həbsxanalarda saxlanılır. İŞİD terrorçularının həyat yoldaşları isə, Mosulun cənubundakı bir düşərgədə saxlanılır. Qadın və uşaqların sayı 1400 nəfərdən artıqdır. "Russia Today” yazır: "BMT bə YUNİSEF də daxil olmaqla, qeyri-hökumət təşkilatlarının bayrağı altında fəaliyyət göstərən bu obyektin yeri təhlükəsizlik məsələlərinə görə gizli saxlanılır. Bu tədbirlər İŞİD yaraqlılarının həm də yerli əhali tərəfindən təqib edilə biləcəyi ehtimalına görə görülür”.

Bir çox qadınların sənədləri itib, müharibə dövründə doğulanların isə, ümumiyyətlə sənədi yoxdur. İŞİD ərazisinə yalnız daxil olmaq mümkün olub – buradan geriyə yol yox idi. Bir qadının anası da onunla gəlib, amma onu da kənara buraxmayıblar. Hətta tibbi yardım lazım olduqda belə.

İraq xüsusi xidmət orqanlarının əməkdaşı "Röyters” agentliyinə müahibəsində deyib: "Biz İŞİD döyüşçülərininailələrini sərt təhlükəsizlik şəraitində saxlayırıq və onlarla bağlı hökuətin verəcəyi qərarı gözləyirik. Biz onlarla yaxşı davranırıq. Onlar  günahsız adamları öldürən amansız canilərin advadlarıdırlar. Lakin sorğu-sual gedişində biz aşkar eləmişik ki, demək olar ki, onların hamısı İŞİD təbliğatı ilə aldadılıblar”.

Ukraynalı bir qadın deyib: "İŞİD-dən Ukraynaya qayıtmaq istəyirəm. Məni buraya zorla gətirməmişdilər, könüllü gəlmişdim. Qayıtmaq istəyirdim, amma buna imkan vermədilər.  Bura çatan kimi güclü bombardmanlar, müharibə olduğunu gördüm. Sadəcə, haraya getdiyimi bilmirdim”.

Ən ağır vəziyyətə düşənlər isə uşaqlardır. Onların əksəriyyəti bu mənasız müharibə dövründə yetim qalıblar. Onların bəziləri heç öz adlarını deyə bilmir – olduqca kiçik və müharibə travması almış olduqları üçün.

BMT və YUNİSEF mütəxəssisləri onların qohumlarını tapıb evlərinə qaytarmaq üçün çalışırlar. Qadınlardan biri deyib: "Valideynlərimin mənim burada olduğumdan xəbəri olub-olmadığını bilmirəm. Qızıma demişdim ki, onlara xəbər verməsin, yoxsa infartk olararlar”.

Düşərgədəki qadınların hər birinin günahkarlıq dərəcəsini həm bura icazəsiz gəlməklə qanunlarını tapdaladıqları İraq dövlətinin, həm də vətəndaşı olduqları ölkələrin məhkəmələri müəyyənləşdirəcək. Onların övladları isə valideynlərinin yanlış və dəhşətli ideologiyalara qoşularaq, apardıqları qanlı müharibələrin hələ heç nəyi dərk eləməyən girovlarıdır.

İŞİD bu il ərzinsə İspaniya, İngiltərə, Fransa, Filippin adalarında, Misir, İndoneziya,İran, Türkiyə və başqa ölkələrdə 200-əyaxın  terror hadisəsi törədərək 2 mindən artıq insanın ölümünə səbəb olub.

İŞİD-in qətlə yetirdiyi mülki vətəndaşların və hərbçilərin sayının on minlərlə olduğu güman edilir.

Hazırda İŞİD ailələrinin gələcək taleyi barədə müzakirələr gedir.

Hurriyyet.org

  

 


Oxşar Xəbərlər

Xəbər lenti