Lənkəranda zəncirvari qəza: 5 nəfər yaralandı - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.info "report"a istinadla xəbər verir ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən "VAZ"lardan biri əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.
Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}