8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağdam, Ağcabədi və Beyləqan rayonları ilk üçlükdə yer alırlar
Laçın, Cəbrayıl və Səlyan rayonlarının icra başçılarının vəzifələrindən çıxarılmaları və sərt tənqid edilmələri belə qənaət yaradırdı ki, iqtidar bu istiqamətdə ardıcıl addımlar atacaq. Lakin,bu üç rayonun icra başçısının vəzifələrindən kənarlaşdırılmalarından üç həftədən artıq vaxt keçməsinə baxmayaraq hələlik prezidentin yeni sərəncamı yoxdur. Əlbətdə, mart ayının bayramlara görə ən azı 10 gününün iş günü olmadığı da məlumdur. Lakin səbəbin sadəcə qeyri-iş günləri ilə bağlı olması da aydın görünür. Əgər, hakimiyyət icra başçılarından hər hansısa bir dəyişikliyə kəskin ehtiyac olduğunu hiss etsəydi bunu, etmək üçün imkanında kifayət qədər zaman vardı. Belə görünür ki, hakimiyyət bütün siaysətində olduğu kimi bu məsələdə də tələskənlik göstərmək niyyətindən uzaqdır. Etiraf etmək lazımdır ki, hakimiyyətin səbirli siyasəti, hər hansısa bir məsələdə tələsməməsi onun uzun ömürlüyünün əsas səbəblərindən biridir. Neftin kəskin ucuzlaşmasından sonra neft istehsal edən ölkələr üzləşdikləri problem üzündən tez-tələsik islahatlar həyata keçirməyə başladılar. Ancaq Azərbaycan hakimiyyəti bu məsələdə çox ehtiyyatlı hərəkət etdi. İndi də icra hakimiyyətləri ilə bağlı məsələdə də hakimiyyət eyni təmkinliklə davranır. Ancaq bu vəzifədən kənarlaşdırılması gözlənilən icra başçılarının qurtulması anlamına da gəlməz. Məlumata görə, hər yanvar ayında Prezident Adminstarsiyasında vəzifədən kənarlaşdırılacaq icra başçıları ilə araşdırılma aparılıb. Araşdırmaların sonunda 17 rayonun icra başçısının dəyişdirilməsinə qərar verilib. Onlardan üçünün dəyişdirilməsini nəzərə alsaq daha 14 rayonun icra başçısının da dəyişdirilməsini gözləmək olar. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda görə, icra başçısı dəyişdirilməsi gözlənilən rayonların sırasına Ağdam, Ağcabədi, Beyləqan, Zərdab, Tərtər, Kürdəmir, Xaçmaz, Lənkəran, Neftçala, Masallı, Hacıqabul rayonları ilə yanaşı Bakının Xəzər və Sabunçu rayonları, eləcə də Şirvan şəhəri daxildir. Əlbətdə, bu rayonlardan hamısının icra başçısının təqaüdə göndərilməsi anlamına gəlmir. Onlardan bəzilərinin yerləri dəyişdirilə bilər, bəziləri başqa strukturlarda vəzifələr ala bilərlər. Ancaq vəzifədən kənarlaşdırılan bəzi icra başçılarının yollarının istintaqdan düşməsi də gözlənilir.
Məlumata görə, ən yaxın günlərdə vəzifələrini itirəcək ira başçılarının sırasında dörd şəxsin adı var. Bunlar Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Beyləqan rayon icra hakimiyyətininin başçsı Vaqif Abdullayev və Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdir. Əgər Xaçmaz rayon icra hakimiyyətinin başçsı Şəmsəddin Xanbabayevin sadəcə olaraq yaşına və səhətinə görə vəzifəsindən kənarlaşdırılıb, fəxri təqaüdə göndəriləcəksə, digər üç icra başçısını, Raqub Məmmədov, Şahin Məmmədov və Vaqif Abdullayevi ciddi problemlər gözləyir. Qeyd edək ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı şikayətlər artıb və həmin şikayətlərdə çoxsaylı korrupsiya faktlarından söhbət açılır. Eyni zamanda son zamanlar üzə çıxan bəzi faktlarda icra başçısının vətəndaşlarla rəftarda kobudluqlara yol verməsi haqqında da məlumatlar yer alır. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov isə iki il belə tamam olmayan rəhbərliyi müddətində Ağdam rayonunda elə bir vəziyyət yaradıb ki, artıq onun vəzifədə qalması hakimiyyətin nöqteyi-nəzərindən zərərli kimi görünür. Raqub Məmmədovun mövqeyini sarsıdan əsas məsələlərdən biri də heç şübhəsiz ki, onun indi həbsdə olan MTN rəhbərliyi ilə müəyyən bağlantılarının olması haqqında çoxsaylı məlumatlardır. Raqub Məmmədovun mövqelərini sarsısdan daha bir məsələ son günlər meydana çıxıb. Belə ki, rayonda icra başçısına yaxınlığı ilə seçilən iki nəfər əlbir olaraq bir neçə nəfərdən onlara müəyyən vəzifələr vəd etməklə külli miqdarda pul alıblar. Əlbətdə, hələlik onların bu əməlinin icra başçsıına nə qədər aidiyyatı olması haqqında dəqiq bir məlumat yoxdur. Ancaq icra başçısı ilə bağlılığı olan iki şəxsin bir ildən artıq bir müddət ərzində bu əməllə məşğul olmaları, eyni zamanda pulları alınan şəxslərin bəzilərini icra başçsıının qəbul etməsi kimi məqamlar Raqub Məmmədovun da məsuliyyətini gündəmə gətirir. Digər tərəfdən, cəhbə xətti kimi həsas bir bölgədə yerləşən bir rayonda belə halların baş verməsi, rayon sakinləri arasında narazılığın artamsına hakimiyyət seyriçi qala bilməz. "Yeni Sözçü” qəzetinin əldə etdiyi məlumata görə, yaxın on gün ərzində Raqub Məmmədov vəzifəsindən kənarlaşdırılacaq.
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı da hakimiyyətdə narazılıq var. Ancaq istisna deyil ki, Vaqif Abdullayev Beyləqan rayon icra hakimiyyətin başçısı vəzifəsindən kənarlaşdırılsa da, çox guman ki başqa işlə təmin olunacaq.
Ümumillikdə götürdükdə isə bu il ərzində yuxarıda qeyd etdiyimiz 14 rayonun icra başçısı dəyişdiriləcək. Əlbətdə, hər hansı qəfil hadisə bu rayonların sırasına yenilərini qoşa bilər. Eyni zamanda istisna etmək olmaz ki, bəziləri özlərini qorumaq üçün imkan da tapa bilərlər. Baxmayaraq ki, bu çox çətin bir vəzifə kimi görünür. Ancaq Azərbaycan reallıqlarında hər şey mümkündür. Bir də bu məsələ 14 rayonda yaxın zamanlarda hansı proseslərin baş vercəyindən asılıdır. Əgər narazılıq artan xətlə davam edəcəksə, bu o deməkdir həmin 14 rayonun icra başçıları vəzifələri vidalaşmalı olacaqlar. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.
"Yeni Sözçü" qəzeti