10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İki icra başçısı “MTN işi”nin güdazına gedəcək
Generalların həbsi icra başçılarının da həbsinin mümkünlüyünə işarədir
Milli Təhlükəsizlik Nazirliyinin general rütbəli vəzifəli şəxsləri də daxil olmaqla bir qrup əməkdaşının həbsi, daha sonra isə bu həbs dalğasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyini, eləcə də Vergilər Nazirliyini əhatə etməsi “bu xəmirin hələ çox su aparacağını” deməyə əsas verir. Məlumatlara görə, “MTN işi”nin regionlara da sıçramaq ehtimalı var. İqtidar dəhlizlərində gedən söz-söhbətlərdən məlumatlı mənbə iddia edir ki, ən azı iki icra başçısı vəzifəsini itirmək ərəfəsindədir. Məlumatlı mənbənin sözlərinə görə, onlardan biri Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, digəri isə MTN-nin sabiq polkovniki, hazırda Ağdam rayon icra hakimiyyətinə başçılıq edən Raqub Məmmədovdur. Raqub Məmmədovun başı üzərini qara buludlar Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən dərhal sonra aldı. İndi isə Akif Çovdarovun həbsindən sonra Raqub Məmmədovun başı üzərindəki qara buludlar daha da sıxlaşıb. Qeyd edək ki, bir müddət əvvəl saytlarda Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun yerli kadrların telefon danışığını izlətməsi, sonradan onların şantaj olunması ilə bağlı məlumatlar yer almışdı. Həmin məlumatlarda deyilirdi ki, icra başçısı yerli məmurların telefon danışığını izlətdirir və sonradan onlar yaxınlıq etdiklər qadınlarla danışıqlara görə şantaj olunurlar. Bu məlumatların yalan və ya doğru olmasını iddia edə bilmərik. Ancaq bununla bağlı Ağdam rayonundakı mənbəmiz bildirir ki, əgər icra başçısnın şantajına məruz qalaraq məktəb direktorluğundan çıxarılan Elməddin Məmmədovla bağlı Ağdam rayon prokurorluğunda başlanmış və yarımçıq da xitam verilmiş təhqiqat yenidən araşdırılsa çox ciddi məsələlərin üstü açıla bilər. Məlumatlı mənbənin sözlərinə görə, Eldar Mahmudovun qılıncının dalı-qabağı da kəsdiyi zaman belə araşdırma mümkün deyildi. Ancaq indi Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və həbs təhlükəsi yaşadığı bir dövrdə çekist-icra başçısının əməllərinə yenidən qiymət verilə bilər. Hələlik dəqiqləşdirə bilmədiyimiz və buna görə də tam açıqlamadımız başqa bir məlumata görə isə, Ağdam rayonunda uzun illər müxtəlif vəzifələrdə çalışmış bir şəxs ötən il şantaj olunaraq MTN-nə çağrılıb və ondan azadlıqda qalması üçün 60 min manat pul alınıb. Qeyd edək ki, prezident İlham Əliyev MTN-dəki məlum qrupun bu əməlini reketçilik kimi qiymətləndirmişdi. Əgər yuxarıda qeyd etdiyimiz məlumat öz təsdiqini taparsa, o zaman bu Raqub Məmmədovun həbsini də gündəmə gətirə bilər. Bu məlumat ətrafında araşdırmalarımızı davam etdirəcəyik və şantaj olunaraq əlindən 60 min manatı alınan şəxsin kimliyinə aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə qeyd edək ki, Raqub Məmmədovun MTN-nin istefaya göndərilən və həbs olunan məmurları ilə işbirliyinin olub-olmamasına aydınlıq gətirməyə çalışacağıq. Raqub Məmmədovun MTN-nin kadrlar idarəsinin həbs olunan vəzifəli şəxsləri ilə hansısa birgə işinin olub-olmaması da araşdırmamızın mövzusudur. Raqub Məmmədovla yanaşı Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun da çox çətin günlər keçirdiyi iddiaolunur. Məlumatlara görə, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun problemlə üzləşməsinin səbəbi həbs olunan Vidadi Zeynalovla yaxın qohumluq münasibətlərinin olmasıdır. Məlumatlı mənbə qeyd edir ki, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatın sabiq rəhbəri, bir neçə gün öncə həbs edilən Vidadi Zeynalov yeznə-qayındırlar. Bu iddianın nə dərəcə də həqiqətə uyğun olduğunu araşdırmağa çalışırıq. Hələlik isə qeyd edək ki, onalrın qohum olması tam dəqiqdir. Sadəcə bu qohumluğun dərəcəsi bizim üçün tam aydın deyil. Əgər həqiqətən də iddia edildiyi kimi Vidadi Zeynalovla Ceyhun Cəfərov
yeznə-qayındırlarsa, o zaman Kürdəmir rayon icra hakimiyyətinin başçısı tezliklə başqa bir şəxs olacaq. Ən yaxın qohumu dövlətin yüz milyon manata yaxın vəsaitini mənimsəməkdə ittiahm olunan bir şəxsin böyük bir rayona başçılıq etməsi ən azından siyasi və mənəvi cəhətdən doğru deyil. Buna görə də, çox guman ki, yaxın günlərdə Raqub Məmmədov və Ceyhun Cəfərov da vəzifəsini itirəcək. Biz isə Vidadi Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həyata keçirdiyi maliyyə fırıldaqlarının və saxta tenderlərin Kürdəmir rayonunda baş verib-vermədiyini araşdırmağa çalışacağıq. Bununla bağlı aparılan geniş araşdırmanı yaxın saylarımızda oxuya biləcəksiniz. Onu da qeyd etmək istərdik ki, dövlət vəsaitləri hesabına həyata keçirilən layihələrlə bağlı araşdırmamız yalnız Kürdəmir rayonunu əhatə etmir. Ceyhun Cəfərov Kürdəmirdən əvvəl Tərtər rayonuna rəhbərlik edib. Ceyhun Cəfərovun rəhbərlik etdiyi dövrdə Tərtər rayonun abadlaşdırılması və tikinti işləri üçün büdcədən ayrılan vəsaitlərin taleyinə aydınlıq gətirməyə çalışacağıq.
Qeyd edək ki, Ağdam rayonun çekist-icra başçısı Raqub Məmmədovun da büdcə vəsaitlərindən istifadə zamanı mənimsəmələrə yol verməsi ilə bağlı iddialar var və bu iddiaları da araşdırmağa çalışacağıq.
Vəfa Qafarova
Oxşar Xəbərlər
Raqub Məmmədov qorxu içindədir
Mədət Quliyev MTN-də sərt qayda yaradıb: General vəzifəlilərə "şaqat" etdirib...
MTN-də “təmizləmə işləri”: Daha üç rəis işdən azad edildi
Eldar Mahmudovla Gülağa İslamovu hansı tellər bağlayır?
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…