“Laçın dəhlizi açılmasa, böyük qan töküləcək” - Davit Babayandan SƏRSƏM HƏDƏ

“Laçın dəhlizi açılmasa, böyük qan töküləcək”
“Ağdam yolunun Laçın yoluna alternativ olması fəlakətə gətirib çıxaracaq. Üstəlik, Laçın yolu mütəmadi olaraq açılmayana qədər Ağdamdan danışmaq olmaz. Ağdam loqistikdir. Amma alternativ olmamalıdır”.Sozcu.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu iddia ilə Qarabağdakı separatçıların nümayəndəsi Davit Babayan çıxış edib.

Babayan deyib ki, Azərbaycanla Qarabağın statusu ilə bağlı danışmaq yersizdir. “Bakı açıq şəkildə bəyan edib ki, Qarabağa heç bir status verilməyəcək. Üstəlik, tələb edirlər ki, Qarabağın iqtisadi rayonu var və orada yaşayan ermənilər Azərbaycana inteqrasiya olunmalıdır. Bunun fonunda hansı statusdan söhbət gedə bilər?”

Babayan hesab edir ki, Laçın yolunun bağlanması Rusiya və dünyanın problemidir. “Əgər Laçın yolu açılmasa, ya böyük qan töküləcək, yəni müharibə olacaq. Ya da biz Qarabağı tərk etməli olacağıq”.



Oxşar Xəbərlər

Xəbər lenti