8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qazaxıstan Respublikasının təhsil müəssələrində yeni bir predmetin, "Nazarbaevin tədiqatları” dərsliyinin tədrisi təklif olunur. Cənubi Qazaxıstanda nəşir olunan regional ictimai-siyasi qəzetin verdiyi məlumata görə, yeni dərsliyin ideya müəllifi və bu dərsliyi hazırlamağı öhtəsinə götürən Çimkənd Universitetinin professoru, iqtisadi elimlər namizədi Nurali Utkelbayevdir. Professorun bu təklifinə Respublika Elim və Təhsil Nazirliyindən müsbət cavab verilmişdir. İdeya müəllifi, hesab edirdi ki, bu günə qədər Qazaxstan Respublikasının birinci prezidenti, milli lider Nursultan Nazarbayevin yazdığı - çıxışların, məruzələrın, xalqa müraciətlərin, müsahibələrin, elmi və sosioloji məqalələrin, aktual məsələlər üzrə kitablarının sayı 100 keçmişdir. Utkelbayevin fikrincə, bütün bu kitablar yeni müstəqil dövlətin formalaşmasının və inkişafının siyasi, iqtisadi, ictimai-sosioloji, tarixi aspektlərini əhatə edir. Bəzi hallarda Milli liderin bu kitablardakı fikirləri, dünyavi planetar xarakter daşıyır. Müəllif etiraf edir ki, təklif olunan kursun bölmələrinin və fəsillərinin müəyyən edilməsi asan deyildir. Bunun üçün kollektiv ağıl tələb olunur. Nümunəvi bir kurs proqramı hazırlamaq üçün bu layihənin ictimaiyyətdə müzakirə olunması daha dəyərli olardı. İctimai müzakirədən sonar isə yüksək səviyyəli elim xadimləri tərəfindən dərslik və dərslik təlimatlarını hazırlamaq olar. Çimkənd Universitetinin professorunun fikrincə bu məsuliyyətli elmi-pedaqoji işin başında ancaq Qazaxıstan Respublikasının Elim və Təhsil Nazirliyi durmalıdır.
Sozcu.info